Ermənistanda avtobus sürücüləri və dəmiryolçular tətil edirlər
Tarix: 02.04.2019 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Ermənistanda Yerevan-Armavir marşrut xəttinin sürücüləri tətilə başlayıblar.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, sahibkar Şuşan Xaçatryan Paşinyanın bir il əvvəl seçki ərəfəsində Armavirdə səfərdə olarkən vəd etdiyi heç bir problemi aradan qaldırmadığını bildirib. O, baş nazirin sözünə inanaraq bankdan 250 min dollar vəsait götürüb və yeni mikroavtobuslar alıb. “Mən 30 ildən çoxdur bu sahə ilə məşğulam. Ölkədə hazırda özbaşınalıq, qanunsuzluq mühiti hökm sürür. 1992-ci ildən Armavir-Yerevan xəttinin qanuni sahibi mən ola-ola müəyyən qurumlar mənim işimə süni maneələr, əngəllər yaradaraq işləməyə imkan vermirlər. Səbəb nədir bilmirəm. Əvəzində qanunsuz olaraq dövlətə heç bir vergi vermədən başqa marşrutlar bizim xəttə girərək sərnişinlərə xidmət edir. Gedin avtovağzala çəkilişlər aparın və görün orada nə özbaşınalıqlar baş verir. Banklardan yüksək faizlə pul alaraq istifadəyə verdiyim yeni marşrutlarım qalıb bir kənarda, köhnə-yararsız, şəxsi dövlət nömrələri ilə digər marşrutlar sərbəst şəkildə bizim üçün ayrılan zolaqdan sərnişinləri yığırlar”, - deyə narazı sahibkar vurğulayıb. Tətil elan edən sürücülər düz 7 aydır bu haqsızlıqlara qarşı mübarizə apardıqlarını bildirirlər.
Alaverdidə isə dəmiryolçular tətilə başlayıblar. Bildirilir ki, Ermənistan iqtisadiyyatında hökm sürən böhranlı vəziyyət dəmir yolu sisteminə də öz təsirini göstərib. Ölkədə stansiyaların bərbad vəziyyətdə olması bir çoxlarının bağlanmasına səbəb olub. Sərnişin çatışmazlığı ucbatından biletlərin qiyməti aşağı salınıb. Bununla da vəziyyət düzəlməyib. Dəmir yolu sisteminə daxil olan stansiyalardan bir neçəsinin fəaliyyəti dayandırılıb. İşçilərin əməkhaqqları isə aylarla gecikdirilir. Tətil elan edən dəmiryolçular problem həllini tapana qədər işə çıxmayacaqlarını bildirirlər.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb
23.08.2019
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı
23.08.2019
Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
23.08.2019
Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info