“Qazaxıstanın xarici siyasətində dəyişiklik gözlənilmir”
Tarix: 02.04.2019 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev bu gün Rusiya dövlət başçısı Vladimir Putinlə görüşəcək


Karlıqaş Nuqmanova: “Qazaxıstanın xarici siyasət konfiqurasiyasında Rusiya əsas tərəfdaş olaraq qalacaq”

Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Rusiya dövlət başçısı Vladimir Putinin dəvəti ilə bu gün Moskvanı ziyarət edəcək. Bu, Tokayevin prezident postunda ilk rəsmi xarici səfəridir. Ekspertlər qeyd edir ki, Tokayev Moskvada Putinlə aparacağı danışıqlarda Qazaxıstanın xarici siyasət prioritetlərinin dəyişmədiyini və indiyə qədər həyata keçirilən kursa sadiq olduqlarını həmkarının diqqətinə çatdıracaq. Qeyd edək ki, Tokayev Putindən səfər dəvətini andiçmədən demək olar ki, az sonra alıb. Bu haqda mediaya Putinin köməkçisi Uşakov məlumat vermişdi. Ekspertlər qeyd edirlər ki, Tokayevin Kreml səfərində hansısa ciddi sənədin imzalanması gözlənilmir. Çünki Moskva üçün bu səfər Tokayevin həyata keçirəcəyi siyasi kursla bağlı məlumat almaq xarakteri daşıyır. Moskva əmin olmaq istəyir ki, Rusiya və Qazaxıstan indiyə qədər əldə olunan razılaşmalar və qarşılıqlı öhdəliklərə tam şəkildə əməl edəcək. Qazaxıstanın yeni dövlət başçısı ölkənin siyasi kursu ilə bağlı Moskvanın narahatlıqlarına son qoyan açıqlamaları Moskvaya getməzdən əvvəl, Nur-Sultanda verib. Səfər öncəsi Qazaxıstana səfər edən Putinin köməkçisi Andrey Fursenko Tokayevlə görüşüb. Həmin görüşdə Tokayev qeyd edib ki, Qazaxıstanın birinci prezidenti olan millət atası Nazarbayev həmişə deyib ki, Rusiya ilə Qazaxıstanın münasibətləri etalondur: “Ona görə də dövlət başçısı kimi mənim vəzifəm Nazarbayev və Putin tərəfindən əsası qoyulan ikitərəfli əlaqələr əlavə impuls verməkdir”. Siyasi elmlər doktoru, “Şərq-Qərb” Geosiyasi Proqnozlaşdırma Beynəlxalq Mərkəzinin direktoru Karlıqaş Nuqmanova “Nezavisimaya qazeta” nəşrinə dəyərləndirməsində deyib ki, Qazaxıstanın xarici siyasət konfiqurasiyasında Rusiya əsas tərəfdaş olaraq qalacaq: “Hesab edirəm ki, Moskva səfərində əsas diqqət Avrasiya İqtisadi İttifaqının bu ilin may ayında Nur-Sultanda keçiriləcək sammitinə yönələcək. Avrasiya İqtisadi İttifaqı ilə bağlı imzalanan sazişin 5 ili, iqtisadi ittifaq yaradılması ideyasının isə 25 ili tamam olur. Ola bilsin ki, bəzi sənədlər imzalansın. Amma diqqətlər siyasi münasibətlərin gələcək inkişafına, iqtisadi, mədəni - humanitar əlaqələrə, aktual regional və beynəlxalq məsələlərin müzakirəsinə yönələcək”. Ekspertlər qeyd edir ki, Tokayevin rəhbərlik etdiyi Qazaxıstanın xarici siyasətində hansısa dəyişikliklər gözlənilmir. İndiyə qədər Nazarbayev tərəfindən həyata keçirilən kurs davam edəcək.

Moskva əmin olmaq istəyir ki, Rusiya və Qazaxıstan indiyə qədər əldə olunan razılaşmalar və qarşılıqlı öhdəliklərə tam şəkildə əməl edəcək

MDB ölkələri üzrə institutun rəsmisi Andrey Qrozin qeyd edib ki, Tokayev uzun müddət Qazaxıstanın xarici işlər naziri olduğundan xarici siyasi kursunun formalaşması və həyata keçirilməsində yaxından iştirak edib. “Avrasiya monitorinqi” mərkəzinin direktor müavini Janar Tulindinov bildirib ki, yeni qazax lideri elə hakimiyyətinin ilk günündən Rusiya ilə bağlı müsbət mesajlar verib: “Tokayev qəti və yekdil şəkildə rus dilinin ingilis dilindən üstünlüyünü qeyd etdi. Bu, çox vacib və çətin məsələdir. Mənim mövqeyim belədir ki, birincisi, qazax dili, rus dili olmalıdır. Bunlar uşaqlarımız üçün vacibdir. Daha sonra ingilis dili keçilməlidir. Qazaxıstanın təhsil naziri Kulyaş Şamşidinov bəyan etdi ki, qazax məktəblərində üç dilin tətbiqi proqramı qaldırılır. Bu proqram rusdilli əhalinin ölkəni tərk etməsinə səbəb olurdu. İkincisi, martın 30-da Tokayev prezidentin Baykonur üzrə xüsusi nümayəndəsini vəzifəsindən azad edib. Son illər kosmodrom ətrafında hansısa qalmaqal olmayıb. Amma diqqət çəkən məqam odur ki, Rusiya son iki ildə kosmodromun delimitasiyası və hərbçilərin mülki şəxslərlə əvəzlənməsini həyata keçirir”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
04.08.2020
Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru dəyişdirilə bilər
03.08.2020
Simonyan Paşinyanı mankurt kimi təqdim edib
03.08.2020
Ermənistanda COVID-19-dan ölənlərin sayı 762 nəfərə çatıb
03.08.2020
GAMAC-dan Azərbaycana dəstək bəyanatı
02.08.2020
Rusiyada koronavirus әleyhinә peyvәndin kliniki sınaqları başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info