İspaniyada qatar qəzası nəticəsində ölənlərin sayı 80-ə çatıb
Tarix: 27.07.2013 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


İspaniyanın şimal-qərbində baş vermiş qatar qəzasında ölənlərin sayı 80 nəfərə çatıb. Bu barədə İspaniyanın “El Mundo” qəzeti məlumat yayıb. Bundan əvvəl qəza nəticəsində 78 nəfərin öldüyü, 178 sərnişinin isə yaralandığı barədə xəbər verilmişdi.
Qəza Santyaqo-de-Kompostela şəhəri ərazisində baş verib. Bütün vaqonlar relsdən çıxıb, sonuncu vaqon isə tamamilə dağılıb. İlkin versiyaya görə, qatarın sərt döngədə relsdən çıxaraq aşmasına səbəb yüksək sürət olub. Dəmiryolunun bu sahəsində sürət məhdudiyyəti saatda 80 km olduğu halda qatar saatda 190 km sürətlə hərəkət edib. İspaniya Kralı Xuan Karlos və Kralıça Sofiya dəmiryolu qəzası nəticəsində xəsarət alan şəxsləri xəstəxanada ziyarət ediblər. “El Payis” qəzetinin yaydığı məlumata görə, Kral həm də həlak olanların ailələrinə başsağlığı verib: “Bütün İspaniya sizin ağrınızı bölüşür. Ümid edirik ki, xəsarət alanlar tezliklə sağalacaq”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info