“Ermənistan qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmalıdır”
Tarix: 27.07.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Almaniya parlamentinin deputatı Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxmasının vacib olduğunu bəyan edib.
Bu barədə Avropa Azərbaycan Cəmiyyətindən (AAC) məlumat verilib.

Bundestaqın Xarici məsələlər üzrə komitəsinin və Xristian Demokrat İttifaqı / Xristian Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü, millət vəkili Piter Qauvayler AAC-ın Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab verib. Cavabda deyilir: “BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi məlum qətnamələr şübhə üçün heç bir əsas doğurmur. Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Onun işğalı beynəlxalq hüququn pozulmasıdır. Odur ki, Ermənistan qoşunları işğal altındakı ərazilərdən çıxmalıdır. Münaqişənin həllinə nail olmağın yeganə yolu budur. Bu prinsip Almaniya üçün müzakirə mövzusu deyil. Məcburi köçkünlərə öz torpaqlarına təhlükəsiz qayıtmaq üçün hüquq verilməlidir. Odur ki, Ermənistan qoşunları işğal etdikləri ərazilərdən dərhal çəkilməlidir. Almaniya və Azərbaycan yaxın tərəfdaşdır. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdləri bizim ikitərəfli münasibətlərimizə təsir edir. Azərbaycan Almaniya enerji təchizatı üçün cəlbedici ticarət partnyoru olaraq mühüm tərəfdaşdır. Münaqişəyə cəlb olunmuş tərəflərin danışıqlar masasına yenidən oturması ən ümdə məsələdir. Bu baxımdan, məsələnin çoxtərəfli müstəvidə müzakirəsi ən vacib məqamlardan biridir. Almaniya var qüvvəsi ilə sülh prosesini dəstəkləyəcək”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info