“Bu gün gənc alimlərə bir sıra güzəştlər verilib”
Tarix: 27.07.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Turac Musalı: “Bizim gənclik ona göstərilən qayğını öz şəffaf, milli fəaliyyəti ilə cavablandırır”

Müsahibimiz Turac Musalı ömrünü elmə həsr edən gənclərimizdəndir. O, 2006-2008 -ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. Hazırda AMEA Kibernetika İnstitutunda elmi işçi və əyani doktorantdır. İctimai fəaliyyətinə gəlincə isə Demokratik Azərbaycan Naminə Gənclərin İctima Birliyində departament rəhbəri, Nəzarət-Təftiş Komissiyasının üzvü, sədri olub. Hazırda DANİB İdarə Heyətinin üzvüdür.

-Turac müəllim, hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
-Qeyd edim ki, ötən 2005-2009-cu illərdə gənclər siyasəti proqramına uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, sağlam həyat tərzinin təbliği istiqamətində mühüm işlər həyata keçirilib. 2007-ci ildə isə ölkədə “Gənclər ili” elan edilib və bu istiqamətdə bütün sferalarda bir sıra önəmli tədbirlər keçirilib. Prezident İlham Əliyev tərəfindən 6 aprel 2011-ci il tarixində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında sərəncam imzalaması isə ölkəmizdə gənclərə yönəlik siyasətin sistemli xarakter daşıdığını bir daha sübut etdi. Bir faktı qeyd edim ki, əgər 2005-2009-cu illərdə icra edilən dövlət proqramına büdcədən 8 milyon 375 min manat manat ayrılmışdısa, yeni proqrama bundan təxminən 10 dəfə çox vəsait ayrılması planlaşdırılır. Bu fərq onu göstərir ki, gənclərə qayğı son illər daha çox artıb. Biz də DANİB olaraq “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın hazırlanmasında keçirilən ictimai müzakirələrdə fəal şəkildə iştirak edərək öz təkliflərimizi təqdim etmişik.
Statistikaya görə, son üç ildə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil edib. Gənclərlə bağlı proqramlar içərisində diqqət çəkən layihələrdən biri də “2007-2015 ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”dır. Bu proqrama əsasən 5000 tələbənin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması nəzərdə tutulub. Bu günədək minlərlə gənc üçün bu istək reallaşdırılıb. Bütün bunlar dövlətin gənclər siyasətinin təqdirəlayiq olduğunu göstərir.
- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
-Yuxarıda sadaladığım proqramlar və digər bu kimi proqramlar intellektual səviyyəli, yaradıcılıq potensialı olan gənclərin üzə çıxmasına və onların dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə və sair çoxsaylı təmsilçiliyi üçün geniş imkanlar açır. Dövlət qulluğuna artıq məlum olduğu kimi, neçə illərdir ki, işçilər test imtahanı ilə qəbul edilir. Bu imkandan da yararlananlar demək olar ki, əsasən gənclərdir.
-Gənclərin elmə marağını necə qiymətləndirirsiniz?
-Təəssüf ki, bu gün gənclərin digər sahələrə nisbətən elmə maraqları daha azdır. Bunun da bir sıra səbəbləri var. Bu gün Azərbaycan gənci biznes sektorunda, ticarətdə və sair çalışmaqla öz maddi təminatını daha rahat şəkildə qarşılaya bilir. Təəssüflər olsun ki, bunu bir elmi işçi kimi təhsil və elmdə çalışan gənclər üçün deyə bilmərəm. Əgər bir elmi işçi 180-200 manat əməkhaqqı alırsa, onda o, təbii ki, sabah daha çox maaş təklif ediləndə firmada işləməyi üstün tutacaq. Yaxud ali məktəblərin yarımştat müəllimi, fəlsəfə doktoru cəmi 200-250 manat məvacib alırsa, gəncdən necə tələb etmək olar ki, sən gəl, elm sahəsində çalış? Axı gəncin öz normal həyatını qurması üçün daha artıq dərəcədə maddi qayğıya ehtiyacı var. Bu sosial təminat məsələsi təhsil sahəsində bacarıqlı, professional kadrların azalmasına, elm sahəsinin “yaşlaş”masına səbəb olur. Ümid edirəm ki, yaxın gələcəkdə bu problem də öz həllini tapacaq.
-Azərbaycan gənc alimləri bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
-Bu gün gənc alimlər üçün bir sıra güzəştlər var ki, bunlardan da ən başlıcası gənclərin evlə təmin olunmasıdır. Belə ki, gənc alimlər üçün ipoteka faizi 8 yox, 4-dür. Bəzi universitet və institutlarda isə gənc alimlər üçün kooperativlər tikilir ki, bu da dövlətin gənclərə yönəlik qayğısından xəbər verir. Ancaq yaxın gələcəkdə mən diqqətin daha geniş planda özünü göstərəcəyinə, bununla bağlı müvafiq proqramın qəbul ediləcəyinə ümid edirəm.
- Azərbaycan gəncliyi bu qayğının cavabını öz əməli fəaliyyəti ilə verə bilirmi?
-Bəli, bizim gənclik ona göstərilən qayğını öz şəffaf, milli fəalliyəti ilə cavablandırır. İstər ölkə daxilində, istərsə də xarici ölkələrdə Azərbaycanın elmi, intellektual, mədəni, diaspor fəaliyyətində gəncliyin böyük və diqqətçəkici payı var. Bu gün demək olar ki, gənclərimiz Prezidentin ətrafında birləşib və ölkənin sabahını sabit və dinamik siyasətin davam etdirilməsində, cənab İlham Əliyevin rəhbərliyində görür. Biz, DANİB olaraq builki seçkilərdə Prezident İlham Əliyevin növbəti dəfə qələbəsi üçün Azərbaycan gəncliyinin fəal hissəsinin sıralarında birmənalı mövqeyimizi açıqlamışıq və əminəm ki, bunun nəticəsinin, bir neçə ay sonra hamımız şahidi olacağıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info