“Azərbaycanda sürətli inkişafın şahidi oldum”
Tarix: 27.07.2013 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


“Azərbaycanda sürətli inkişafın şahidi oldum. Festivalın tamaşaçılarının musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir”.
Bu sözləri V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, məşhur italiyalı vokalçı Karmela Korrado Karuzo deyib. Qəbələyə ilk dəfə gəldiyini deyən italiyalı ifaçı şəhərin gözəlliyindən, xüsusilə gecələrinin möhtəşəmliyindən söz açıb. Qonaq V Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etməkdən məmnunluğunu dilə gətirib. Paytaxtdan xeyli uzaq bir yerdə bu qədər insanın klassik musiqiyə yüksək səviyyədə maraq göstərməsinin onu valeh etdiyini söyləyən Karmela Korrado Karuzo, Qəbələ torpağında dünya şöhrətli musiqiçilərin bir araya gəlmələrini mühüm hadisə kimi qiymətləndirərək deyib: “İndi burada olduğum üçün çox şadam və növbəti illərdə də bu festivalda iştirak etməkdən məmnun olardım. Böyük sənətkarlarla birgə beynəlxalq musiqi festivalında təmsil olunmağımla fəxr edirəm. Auditoriyanın festival çərçivəsində keçirilən konsertlərə böyük marağı da məni heyran edir”. İtaliyalı ifaçı Azərbaycanın milli özəlliklərini özündə əks etdirən xüsusi hədiyyələri özü ilə vətəninə aparacağını söyləyib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info