“Üçlük ölkələrinin Sərgisi iş adamlarına öz məhsullarını nümayiş etdirməyə imkan verəcək”
Tarix: 04.04.2019 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Annes İqbal: “Türkiyə, Pakistan və Azərbaycan bütün beynəlxalq forumlarda bir-birini dəstəkləyir”

Xəbər verdiyimiz kimi, 11-13 apreldə Bakıda Üçlük ölkələrinin (Pakistan – Azərbaycan – Türkiyə) sərgisi keçiriləcək. Bu, eyni zamanda İnformativ-iqtisadi əməkdaşlıq görüşü və biznes üzrə Forumdur. Sərginin əsas təşkilatçılarından biri Türkiyənin Sənaye və İş Adamları Dərnəyinin (TÜMSİAD) Pakistan üzrə təmsilçisi, Pakistanın "Universal travel" turizm agentliyinin rəhbəri Annes İqbal Choudhrydir. O, sərgi ilə bağlı özəl olaraq “Palitra”ya müsahibə verib.
-Öncə bilmək istərdik TUMSİAD (Pakistan) nə zaman yaradılıb və məqsədi nədir?
-TUMSİAD Pakistan öz fəaliyyətinə 2013-cü ildə başlamışdır və formal olaraq 22 mart 2016-cı ildə Türkiyənin İqtisadiyyat naziri Mustafa Elitasın, Pakistanın Kommersiya naziri Xurrum Dastagirin və mənim iştirakım ilə açılış mərasimi keçirilmişdir. Yarandığı vaxtdan etibarən TUMSİAD Türkiyə Cümhuriyyəti ilə Pakistan İslam Respublikası arasında ticari münasibətlərin genişlənməsi məqsədilə nümayəndələrin mübadiləsi, biznes konfransları, ticarət sərgiləri, bizneslərarası, biznes-istehlakçı, biznes-hökumət görüşləri, partnyor ölkələrin biznes icmalarını əlaqələndirmə fəaliyyətləri ilə bir sıra vacib addımlar atmışdır.
TUMSİAD ona üzv olan biznes subyektlərinə ticari fəaliyyətlərdə və müxtəlif sektorlara çıxış əldə etməsinə yardım edir ki, onlardan bəziləri bunlardır: qablaşdırma, elektrik enerjisi, inşaat materialları, çap və nəşr fəaliyyəti, tekstil, elektronika, podratçılıq, parça, tibbi ləvazimat, farmaseptika, cərrahiyyə alətləri və digər.
-Siz əsas hansı işlər görürsüz?
-Türkiyənin sosial-iqtisadi inkişafda artan rolu tərəflərin bu möhkəm siyasi və mədəni əlaqələri səmərəli iqtisadi əməkdaşlığa çevirməyə səy göstərmələrinin təzahürüdür. Biz Türkiyə Cümhuriyyəti ilə Pakistan İslam Respublikası arasında körpü yaradırıq, iş adamlarına öz biznes sövdələşmələrini reallaşdırmaqda və ticarət sahəsində uğurlu addımlar atmaqda yardım edən biznes mərkəzinin fəaliyyətini səmərəli tənzimləyirik.
TUMSİAD bizneslərarası əlaqələrə yardım göstərmək və onları gücləndirmək məqsədilə sərgilər, ticarət yarmarkaları, seminarlar və konfranslar keçirir və onları idarə edir, ona üzv olan binzes subyektlərinə bines platforması dəstəyini göstərir.
Biz, TUMSİAD olaraq inanırıq ki, gələcək ticarət və biznes yollarından və imkanlarından bəhrələnməyə qardaş ölkələr arasında ticari əlaqələrin gücləndirilməsi, ticarət icmaları arasındakı məsafələrin qısaldılması ilə nail olmaq mümkündür.
-Üçlük ölkələrinin sərgisinin keçirilməsində məqsəd nədir?
-Mənim üçün üçlük ölkələri olan Pakistan, Azərbaycan və Türkiyə arasında sərginin keçirilməsi təşəbbüsünü öz üzərinə götürmüş TUMSİAD Pakistan komandasına rəhbərlik etmək xoşdur. TUMSİAD Pakistan Üçlüyə aid olan idxal və ixrac ölkələrinin dəstəklənməsinə yönəlmiş müxtəlif fəaliyyətlərin, proqramların hazırlanması və həyata keçirilməsi ilə məşğuldur və bu fəaliyyətə Üçlük ölkələrinin Sərgisinin keçirilməsi aiddir. Üçlük ölkələrinin Sərgisi pakistanlı, azərbaycanlı və türkiyəli alıcıların sərgi, informativ-iqtisadi əməkdaşlıq görüşü və biznes forumunun keçirilməsi yolu ilə dəvət edilməsində ən mühüm vasitədir.
Sərginin əsas cəhəti eksponentlərin tələblərinin qarşılanması və bununla onlara ixracatda uğur qazanmış üç ölkənin məhsulları ilə birbaşa tanış olmaq imkanının verilməsidir. Ümidvarıq ki, Üçlük ölkələrinin Sərgisi iş adamlarına öz məhsullarını nümayiş etdirməyə, alıcılara isə bu üç ölkənin məhsulları üzrə öz satınalma ehtiyaclarını qarşılamağa imkan verəcəkdir.
-Sərgi niyə məhz Azərbaycanda keçirilir?
-Türkiyə, Pakistan və Azərbaycan ərazi sərhədlərini və coğrafi məsafəni aşan çox unikal siyasi əlaqələrə malikdirlər. Bu sərgi bir çox sahələrdə, xüsusən iqtisadi və müdafiə sahələrində əməkdaşlıq üçün imkanlar təklif edir.
Azərbaycanla diplomatik münasibətlər onun 1991-ci ildə müstəqillik əldə etməsindən sonra yaradılmışdır və Pakistan Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri olmuşdur. Türkiyə, Pakistan və Azərbaycan bütün beynəlxalq forumlarda bir-birini dəstəkləyirlər.
Bu strateji əhəmiyyət nəzərə alınaraq qeyd olunmalıdır ki, 2017-ci il noyabrın 30-da Bakıda üç qardaş ölkənin xarici işlər nazirlərinin 1-ci görüşü zamanı təsis olunmuş Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Əməkdaşlıq Forumu siyasi, strateji, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafı baxımından çox vacib olan bir platformadır.
Türkiyə, Pakistan və Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi perspektivlərinin və potensialının müəyyən edilməsinə səy göstərilir. Tədbir həm də üç ölkə arasında ticarətin həcminin aşağı olması səbəblərini araşdırmağa çalışır və bu ticarət həcminin necə artırılacağı barədə konkret tövsiyələr verir.
Üç ölkə arasında ticari əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar vardır. Xüsusən Azərbaycanın 2020-ci il üçün müvafiq inkişaf strategiyasının elan edilməsindən sonra həmin imkanlar genişlənmişdir.
-Sərgidə hansı sahələr üzrə eksponatlar nümayiş olunacaq?
-Bu sərgidə tibb alətləri, farmaseptika və tibb, kosmetika məhsulları, cərrahiyyə və diş müalicəsi avadanlıqları, bıçaqlar və elektrik avadanlıqları, tekstil, təbii dəri, idman geyimləri, mebel, əl işləri məhsulları nümayiş olunacaq. Azərbaycandan da bir neçə təşkilat bu sərgiyə dəstək olacaq.
-Bəs sərginin eksponentlər üçün nə kimi faydaları olacaq?
-Sərgidə Türkiyə, Pakistan və Azərbaycanın bazarları və sənayeləri barədə məlumatlanma olacaq. İnformativ-iqtisadi əməkdaşlıq görüşlərində iştirak, müqavilələr və sifarişlər etmək üzrə danışıqlar aparılacaq. Üç ölkənin geniş çeşidli məhsulları və avadanlıqları barədə rəqəbət əhəmiyyətli informasiya əldə etmək mümkün olacaq. Eyni zamanda Türkiyə, Pakistan və Azərbaycanın Kommersiya və Sənaye Palatalarının təmsilçiləri ilə birgə ünsiyyət imkanı olacaq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur”
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info