Komitə sədri Qaraçöp mahalında olub
Tarix: 05.04.2019 | Saat: 13:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalına səfər edib.
Qaraçöp mahalının yerli sakinləri ilə görüşü zamanı Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun gördüyü işlərdən və həyata keçirdiyi layihələrdən danışıb. O, bildirib ki, Qaraçöpə gəlişi azərbaycanlılarımızın qayğı və problemlərini yaxından öyrənmək, onların həlli istiqamətində gürcüstanlı həmkarları ilə birgə fəaliyyət göstərməkdir.
Fuad Muradov bildirib ki, Azərbaycan və Gürcüstan arasında birgə ali məktəbin yaradılması istiqamətində müzakirələr aparılır və bu məsələ Gürcüstana səfəri çərçivəsində keçirdiyi rəsmi görüşlərdə nəzərdən keçirilib: "Bir çox ölkələrdə birgə universitet təsis etməklə bağlı təcrübə var. Gürcüstanda təhsil sahəsində islahatlar həyata keçirilir. İnanıram ki, Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılmasına dair danışıqlar müsbət nəticələnəcək".
Muğanlı kənd məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, pedaqoji elmlər namizədi Fərhad Xubanov, Tüllər kənd məktəbinin kimya müəllimi Ağabala Xeyirxəbərov, Qazlar kənd məktəbinin biologiya müəllimi İsmixan Rəhimov çıxış ediblər.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi nazirinin müşaviri Ayaz Məmmədov, Xarici İşlər Nazirliyinin Diasporla İş üzrə Departamentinin attaşesi Tamar Tevdoradze, Kaxeti qubernatorunun birinci müavini İrakli Şiolaşvili, Saqareco meri Qiorqi Erboconaşvili, merin müavinleri Lekso Gilaşvili, Şota Kakabadze, meriyanın əməkdaşları Arcil Cabadari, Kaxaber Marqabadze, Nika Diqmelaşvili, Saqareco merinin Qaraçöp üzrə nümayəndəsi Natiq Rəsulov, onun müavini Qulu Hacıyev və digər şəxslər iştirak ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info