Direktor: “Quşların adının dəyişdirilməsi təxribatdır”
Tarix: 05.04.2019 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


AMEA Dilçilik İntitutunun direktoru: "Quşların adının dəyişdirilməsi təxribatdır" “Dilçilik İnstitutu quşların adlarının dəyişdirilməsi ilə bağlı təklif verməyib, bu təxribatdır”.
Bu sözləri ONA-ya AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylu söyləyib. Akademik bildirib ki, AMEA Zoologiya İnstitutunun Elmi Şurası dəyişikliklər barədə Dilçilik İntitutunu məlumatlandırmayıb. AMEA-nın Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova da dəyişikliyi təxribat adlandırıb: “Onların bizə demədən belə bir dəyişiklik etməsi yolverilməzdir. Quşların adı dəyişdirilə bilməz. Biz indi Zoologiya İntitutu ilə əlaqə saxlayacağıq”. Qeyd edək ki, AMEA Zoologiya İnstitutu Elmi Şurasının aprelin 3-də keçirilən iclasında bəzi quş növlərinin yerli adları müzakirə edilib. Müzakirəyə çıxarılan 140 növün adları arasından 20 quş növünün yerli adları ornitoloqların təklifi ilə dəyişdirilib. Qərara əsasən, maygülü - batağan, böyük qartalça və ya çığırğan qartalça - böyük xallı qartal, ördəktutan qızılquş - sərçəçalan, cek və ya gözəl cek - gözəl dovdaq, qəşəng durna - telli durna, trinqa - otluq cüllütü, bekas - meşə cüllütü, sterna - sümrü, adi sitta - adi fitçi, qırmızıqanad tixodrom - qırmızqanad qaya quşu, kölgəlik yarpaqgüdəni - sin-sin yarpaqgüdəni, ilanboyun - adi buruqboyun, alacəhrə - alaçöhrə, toğlugötürən - saqqallı kərkəs, leşyeyən qartal - leşyeyən ağkərkəs, sultan toyuğu - sultan quşu, torağay - turağay, sarıdimdik qarğa - sarıdimdik dolaşa, tuvik - tüviy, anqut - qırmızı ördək adlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info