540 milyon “Facebook” istifadəçisinin məlumatı internetdə yerləşdirilib
Tarix: 05.04.2019 | Saat: 14:19:00 | E-mail | Çapa göndər


İnformasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış “UpGuard” şirkəti 540 milyondan çox “Facebook” istifadəçisinin məlumatının internetdə yerləşdirilməsi haqqında xəbər verib. “ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, istifadəçilərin məlumatı Meksikanın “Cultura Colectiva” rəqəmli platformasında aşkar edilib. Bundan başqa, artıq mövcud olmayan “At the Pool” proqramında ad, parol, elektron poçt ünvanları və başqa məlumatlar əlçatan idi. Son zamanlar “Facebook” şəxsi məlumatların itkisi ilə bağlı çoxsaylı qalmaqalların mərkəzindədir. Avropa İttifaqının yeni qanunvericiliyinə əsasən, məlumatların təhlükəsizliyinə riayət etməyən şirkətlər gəlirlərinin 4%-dək hissəsini ödəməli olacaqlar. Xatırladaq ki, 2018-ci il sentyabrın sonunda “Facebook” sosial şəbəkəyə müdaxilə aşkar etmişdi. Hakerlər “Facebook”un proqramlaşdırma kodunda boşluqdan istifadə edərək istifadəçi hesabları üzərində nəzarəti ələ keçirmişdilər.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Çardaqdan tapılmış köhnə çaynik yarım milyon dollara satıldı
26.09.2020
Dünyanın ən “çirkin“ təyyarəsinin adı açıqlanıb
23.09.2020
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
23.09.2020
20 çimərlikdə beynəlxalq ekoloji aksiya keçirilib-FOTOLAR
23.09.2020
“Toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info