Ermənistanda ali məktəblərdə təhsil haqqı artıb
Tarix: 29.07.2013 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Erməni ali məktəblərindən 5-də təhsil haqqı bahalaşıb. Məsələn, Dövlət Konservatoriyasında artım 200 min dram təşkil edib. Ermənistanın Dövlət İqtisad Universitetində isə məbləğ 100-150 min dram həcmində artıb. Bu barədə mətbuat konfransında Ermənistan İctimai şurasının gənclərin məsələləri üzrə komitəsinin sədri Ripsime Markaryan bildirib.
O, həmçinin bildirib ki, bu artımlara qarşı tezliklə etiraz aksiyası keçiriləcək. Artım olan ali məktəblərin tələbə şuralarının sədrləriylə görüşlərin təşkil edilməsi planlaşdırılır. Ermənistanın İctimai şurasının komitəsi iki həftə ərzində gələcək fəaliyyət proqramını təqdim edəcək. Öz növbəsində, Ruben Alanakyan bildirib ki, heç bir halda bu artımları qəbul etmək olmaz. Məşğələlər və tələbə tətilləri boykot olana qədər mübarizə aparmaq lazımdır.
“Problem ondadır ki, bu gün də təhsilə görə ödənilən məbləğlər təhsil proqramının inkişafına getmir. Bir də mən başa düşmürəm, son rəsmi rəqəmlərə görə ölkədə yoxsulluq artıbsa, təhsilin qiymətini necə artırmaq olar? Ümumiyyətlə, bu cür şəraitdə nəsə artırmaq necə mümkün ola bilər axı. Fikir verin, maaşlar dəyişmir, yalnız getdikcə hər şey bahalaşır”-deyə Ruben Alanakyan bildirib.
Elnarə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info