Körpə qoxusu niyə insanı xoşbəxt edir?
Tarix: 05.04.2019 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Emosianal və fiziki cəhətdən 5 duyğu insanlara fərqli hisslər yaşadır. Xüsusi ilə hadisələrin yada salınması, xatırlanması üçün ətirlər əvəzsizdir. Bir insanın qoxusu əsasən də körpə qoxusu tam fərqli olur. Bu ətir bizi xoşbəxt edir. Bəs bunun səbəbi nədir?
Medicina.az mövzu ilə bağlı məlumatları dərc edib:
Emosianal duyğularımızdan biri olan qoxlamaq, psixoloji baxımdan hərşeyi hiss etmə gücünə sahibdir. Xüsusi ilə yeni doğulan körpənin qoxusu anaları xoşbəxt edir. Ana olmayanlara belə bu ətir müsbət təsir edir. Anatomiya üzrə psofessoru Johannes Frasnelli mötəşəm qoxunu araşdırıb. 2013-cü ildə yeni doğulan körpə qoxusunun nevroloji təsirləri barədə elmi tətqiqatlar aparıb. Tədqiqat qrupu yeni ana olmuş 15 və heç ana olmamış eyni sayda qadınlar üzərində olub. Bu zaman 30 xanım maqnit rezonans tomoqrafiyasından keçirilib. Nəticədə iki günlük körpənin qoxulanması zamanı anaların beyinlərinin fəaliyyəti, beyinlərində baş verən dəyişiklik müşahidə olunub. Analoji hal heç ana olmayanlarda da qeydə alınıb.
Müşahidələr zamanı körpə iyinin xüsusi ilə beynin serebral hissəsinin stimullaşdırdığı aydın görülüb.

Körpə ətri ana-bala münasibətini gücləndirir

Professor Johannes Frasnelli deyir ki, analar doğuşdan sonra bütün yükün üzərilərinə düşdüyündən şikayətlənir. Bunun səbəbi də uşağın qayğılarının tamamilə qadının üzərində olmasıdır. Fərqli ətirlər inanın öyrənmə qabiliyyətini artırır və yaddaş mərkəzini stimullaşdırır. Bir körpənin anaya özündən sonra ən böyük hədiyyəsi məhz onun qoxusudur. Uşaq ətrinin xoşbəxtlik gətirən, rahatlandırıcı və sevindirici təsirləri əsirlərdir öz möcüzəsini saxlayır.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Meyvə-tərəvəzlər 20 dəqiqə suyun içində saxlayın...
16.09.2019
Ankilozlaşdırıcı spondilit
16.09.2019
“Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
14.09.2019
Zəhərlənmisinizsə qatıq içməyin!
11.09.2019
Dərmanı su ilə için - yoxsa...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info