Müsavatçılar bıçaqlaşdılar
Tarix: 29.07.2013 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Bəzi informasiya saytlarında Müsavat Partiyasının Naxçıvan MR təşkilatının qərargahında partiya fəalları arasında AXCP-dən Həsən Şıxəliyevin “milli şura”ya təmsilçi seçilməsinə görə, dava- dalaş düşməsi haqqında məlumatlar yayılıb. Sosial şəbəkələrdə bu məsələnin mahiyyətinə aydınlıq gətirən müxalifətçilər Müsavatın rayon şöbələrinin sədrləri - Telman Ağayevlə Nadir Allahverdiyev arasında iyulun 28-də qərargahda əlbəyaxa dava düşdüyünü təsdiq ediblər. Məlumata görə, seçki qərargahının yaradılması üçün toplaşan müsavatçılar Həsən Şıxəlievlə paralel olaraq Müsavat Partiyasının Naxçıvan şöbəsindən də bir nəfərin “milli şura”ya təmsilçi seçilməsi məsələsinə görə mübahisəyə başlayıblar. Qızışan mübahisə sonradan davaya dönüb. Nəticədə Telman Ağayevlə Nadir Allahverdiyev arasında qarşıdurma yaranıb, Nadir Allahverdiyev özünü yumruqlardan qorumaq üçün bıçaq çıxarıb. Səs-küyə gələn adamlar Telman Ağayevi oradan uzaqlaşdırıblar. Sakitləşmək bilməyən Nadir Allahverdiyev bütün olanlara görə Bakıda yaşayan Yafəz Əkrəmoğlunu günahlandıraraq onun ünvanına hədələr səsləndirib. O, həmçinin Telman Ağayevi cavabını verəcəyi ilə hədələyib.
Maraq üçün bildirək ki, bu olayı Müsavat Partiyasına yaxın olan saytlardan biri də təsdiqləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info