REAL Partiyası mitinqlərə yox, seçkilərə dəyər verir
Tarix: 05.04.2019 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


REAL Partiyası məclisinin sədri Azər Qasımlı seçkilər haqqında yazıb. Onun bu yazısını bütün REAL-çılar sosial şəbəkələrdə öz profil və səhifələrində paylaşaraq, yazının içində məhz köhnə müxalifətçilərə atılan sözləri önə çıxarıblar. Bununla bağlı bəzi nümunələri diqqətinizə çatdırırıq. Azər Qasımlı deyib:
“Biz, mitinqi təsirli siyasi vasitə və vətəndaşlarımızın hüququ hesab edirik. Belə düşünməsəydik partiyamızın sədri 19 yanvar mitinqində iştirak (çıxış) etməzdi. Lakin mitinqi siyasi prosesin tərkib hissəsi kimi görürük. Siyasi proses olmadan və ya yaradılmadan mitinq strategiyasını effektiv hesab etmirik.
Biz, seçkiləri (demokratik və ya qeyri- demokratik olmasından asılı olmayaraq) hüquqi çərçivədə olan ən əsas siyasi proses hesab edirik”. O daha sonra yazıb ki, keyfiyyətli, müasir, aktiv və uğurlu namizədlərlə seçki kampaniyası vasitəsilə böyük seçici kütləsini seçki məntəqələrinə gətirmək mümkündür. Əgər müxalifət seçiciləri (xalqı) inandırıb seçkilərə gətirə və onun səsini ala biləcəksə, siyasi proses yaratmış olacaq. Bu proses çərçivəsində mitinq də, yürüş də, digər kütləvi aksiyalar da keçirmək olar: “Son olaraq bunları demək istəyirəm:
Biz mitinqə qarşı kampaniya aparmadığımız kimi, digərləri də seçkidə iştiraka qarşı kampaniya aparmamalıdır. "Seçkilər onsuz da saxtalaşdırılacaq, getməyin", "seçkilərdə iştirak etmək istəyənlər satılıb", "bir-iki mandata görə canfəşanlıq edirsiniz" və bu tipli yersiz və yalançı fikirlər səsləndirməyin.
Seçkilərin nə vaxt olacağı aşağı-yuxarı bilinsə də, seçkiqabağı vəziyyətin necə olacağı hələ bəlli deyil (dünyada və ölkədə çox şey dəyişə bilər!). Lakin bu gün mitinq keçirməyin mümkün olmadığı açıqdır. Kim keçirə bilir keçirsin, biz etiraz etmirik”.
Bu fikirlərdən də aşkar görünür ki, REAL Partiyasının funksioneri mitinqi vətəndaşların hüququ hesab etsə də, bunu AXCP sədrinin və ya digər radikal müxalifət partiyası rəhbərinin başçılığı altında həyata keçirməyi məqsədəuyğun saymır. Çünki o adamların bəlli bir siyasi fəaliyyəti var ki, bu da, guya inqilabi yolla hakimiyyətə gələcəkləridir… REAL Partiyası isə daha sivil formanı təklif edir! Azər Qasımlı keyfiyyətli və müasir namizədlərlə, seçki kampaniyası vasitəsilə böyük seçici kütləsini seçki məntəqələrinə gətirməyin mümkünlüyünü də boşuna qeyd etməyib. Bununla da, qarşı tərəfə bir daha söz atıb ki, sizin “qatar çoxdan gedib”, imkan verin meydanda yeni kadrlar, müasir düşüncəli siyasətçilər müxalifətçiliklərini etsinlər. O, "Seçkilər onsuz da saxtalaşdırılacaq, getməyin", "seçkilərdə iştirak etmək istəyənlər satılıb" kimi yersiz, yalan məlumatlar səsləndirməyin” deməklə də Əli Kərimli və komandasına xəbərdarlıq edib və reallığın fərqli olduğunu bir daha xatırladıb. Çünki son seçkilərdə də Əli Kərimli və komandası seçkiyə bu bəhanələrlə getməmişdi. Halbuki onlar öz güclərinə arxayın deyildilər və seçkini gözdən salmaq üçün belə bəhanə uydurmuşdular. İndi bu fikirləri-uydurmanı müxalifətin öz dilindən irad kimi eşitmək də maraqlıdır. Yəni “sən köhnə komandasan, bəhanələri kənara qoy, bizə mane olma, imkan ver yenilər öz güclərini sınasınlar!” Xatırladaq ki, Azər Qasımlıdan əvvəl İlqar Məmmədov, eləcə də Erkin Qədirli köhnə müxalifətçilərin bostanına daş atmışdı.
Əl qərəz, bütün bu proseslər bir daha onu göstərir ki, demokratiyadan dəm vuran köhnə müxalifətçilər meydana yeni, gənc siyasi qüvvələr çıxan kimi, bütün demokratik dəyərlərə təpik ataraq geri çəkilmək istəmirlər, öz opponentlərini gözdən salmağa çalışırlar. Bu isə REAL Partiyasının üzvlərində qıcıq yaradır. Bütün bu dava-qovğanın isə sonu görünmür…

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info