“Kadr təyinatları Nazarbayevlə razılaşdırılır“
Tarix: 05.04.2019 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Nursultan Nazarbayev birinci prezident üçün xüsusi olaraq yaradılan aparatın ilk iclasını keçirib

Nursultan Nazarbayev “milətin atası - ölkənin birinci prezidentinin vəzifələri”inin icrasına başlayıb. Bu haqda o, fəaliyyəti ilə bağlı yaradılan yeni iqamətgahında keçirilən ilk iclasda bəyan edib. Həmin iclasda Nazabayev bəyan edib ki, hamı o cümlədən özü, yeni prezident və hökumət onun tərəfindən müəyyənləşdirilən proqramlar, müraciətlər eləcə də “Nur Otan” partiyasının qurultaylarında qəbul edilən qərarlar əsasında fəaliyyət göstərməlidir. “Nezavisimaya qazeta” nəşri yazır ki, Nazarabyevin belə bir iclas keçirdiyi vaxt yeni seçilən ikinci prezident Tokayev Moskvada səfərdə olub. Qeyd edək ki, Nazarbayev istefa verəndən sonra doğma rayonuna qaytımış, uşaqlıq dostları, sadə vətəndaşlarla çoxlu görüşlər keçirmiş, istirahət etmişdi. Daha sonra Nur-Sultana qayıdan Nazarbayev onun üçün xüsusi olaraq yaradılan birinci prezidentin dəftərxanasının əməkdaşları ilə toplantı keçirib. Nazarbayevin yeni iqamətgahı Akordda yerləşir. Yeni dəftərxananın saxlanması üçün dövlət büdcəsindən 1 milyard təngə, təxminən 2,5 milyon dollar ayrılıb. Birinci prezident üçün xüsusi aparat yaradılıb. Bu haqda Qazaxıstan maliyyə nazirinin müavini Tatyana Savelyeva məlumat verib. “Elbaşı (millət atası) üçün xüsusi aparatın yaradılması bir daha Nursultan Nazarbayevin xüsusi statusunu təsdiqləyir. Hərçənd bütün prezident aparatı ona işləyir” - deyə politoloq Dosım Satpayev “Nezavisimaya qazeta” nəşrinə dəyərləndirməsində bildirib. Ekspert deyib ki, Nazarbayev istefa verəndən sonra da aydın idi ki, ölkədə lider dəyişməyib: “Nazarbayev əlində müxtəlif səlahiyyətlər cəmləşdirib. O, millətin atası olmaqla yanaşı, Təhlükəsizlik Şurasının, Qazaxıstan Xalqları Assambleyasının və “Nur Otan” partiyasının sədridir. O, özü üçün daxili və xarici siyasətin əsas kuratoru rolunu müəyyənləşdirib və bu səlahiyyətləri kimsəyə vermək fikrində deyil. Tokayev təyin edilmiş prezidentdir və hələlik təmsilçilik funksiyasını yerinə yetirir”. Ekspert hesab edir ki, Nazarbayev hakimiyyətin əsas mərkəzidir və bütün qərarlar, o cümlədən kadr təyinatları onunla razılaşdırılır: “Məsələn prezident administrasiyasının rəhbəri vəzifəsinə təyinat bir mənalı şəkildə Nazarbayvelə razılaşdırılıb. Bu kadr kombinasiyalarını quran elə Nazarbayev özüdür”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info