Heydər Əliyev Fondu Pakistandakı qızlar məktəbinə hədiyyələr göndərib
Tarix: 05.04.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib. Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin nümayəndələri məktəbdə olaraq müxtəlif dərs ləvazimatları, o cümlədən məktəb üçün kompüter, printer, idman ləvazimatları və Fondun müxtəlif nəşrlərini təqdim ediblər.
Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə çıxış edərək 2005-ci ildə Pakistanda baş vermiş zəlzələdən sonra dağılan məktəbin binasının Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən inşa edildiyini və 2007-ci ildə istifadəyə verildiyini bildirib. Heydər Əliyev Fondunun Pakistanla əlaqələri daim diqqətdə saxladığını, Fondun prezidenti Mehriban Əliyevanın Pakistanla əməkdaşlığa və əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb. Bu baxımdan ötən müddət ərzində Müzəffərabad şəhərindəki məktəb daim diqqətdə saxlanılıb, mütəmadi olaraq Fond və səfirlik nümayəndələri məktəbə olublar.
Heydər Əliyev Fondunun fəaliyyəti, onun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif ölkələrdə, o cümlədən Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələr barədə məlumat verən səfir Müzəffərabad şəhərində 400 şagird yerlik Rara qızlar məktəbinin inşa edilməsinin bunun bir nümunəsi, həmçinin Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bir təzahürü olduğunu bildirib.
Rara qızlar məktəbinin direktoru xanım Şirin Kadri və Kəşmirin təhsil üzrə direktoru məktəbin çətin və ehtiyac duyulan bir zamanda Fond tərəfindən tikilib istifadəyə verildiyini və bu addımın yüksək qiymətləndirildiyini bildiriblər. Onlar təhsil üçün yaradılmış əlverişli şəraitə görə Azərbaycan dövlətinə, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür ediblər və şagirdlərin müxtəlif biliklərə yiyələnməsində, onların tədris, təlim və tərbiyəsində məktəbin önəmli rolunun olduğunu diqqətə çatdırıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Vilayət Eyvazov: Ölkə üzrə cinayətlərin sayı azalıb
16.09.2019
“Azərbaycanın Dostları“ adlı sosial şəbəkə istifadəyə verilib
16.09.2019
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16.09.2019
Azərbaycanlı həkimlərin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub
16.09.2019
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info