“Aprel zəfəri ” adlı tədbir keçirilib
Tarix: 05.04.2019 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“Loqos” un Azadlıq filialında Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı ilə “Aprel zəfəri ” adlı tədbir keçirilib.
Tədbirdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva, ASGA-nın sədri Səbuhi Abbasov, Qarabağ qazisi Rüxsarə Cumayeva, kəşfiyyatçı, istehkamçı Teymur Əliyev, Aprel qazisi Vüsal Muradov, itkin Rövşən Kərimovun anası Xoşqədəm Kərimova və fəal gənclər iştirak ediblər.
Tədbir dövlət himni ilə açıq elan olunub və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
PXTİB-nin icraçı direktoru Leyla Kərimova tədbirin proqramı haqqında geniş məlumat verib.
Sonra Azərbaycan - Slavyan Gəncləri Assosiasiyasının tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı “ARB 24”ün texniki dəstəyi ilə reallaşan “Qarabağ dünən, Qarabağ bu gün, Qarabağ sabah” adlı qısametrajlı film nümayiş edilib.
Daha sonra çıxış edənlər “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva, ASGA-nın sədri Səbuhi Abbasov, Qarabağ qazisi Rüxsarə Cumayeva, kəşfiyyatçı, istehkamçı Teymur Əliyev, Aprel qazisi Vüsal Muradov, itkin Rövşən Kərimovun anası Xoşqədəm Kərimova aprel zəfəri haqqında çıxış edərək bildiriblər ki, Böyük Qayıdışa Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanılır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin hər zaman səsləndirdiyi “Biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq və Azərbaycanın bir qarış torpağı belə işğal altında qalmayacaq” - qətiyyətli fikri artıq reallaşır. 2016-cı il şanlı aprel döyüşlərində Azərbaycanın bu qələbəsi xalqımız, xüsusən də məcburi köçkünlər üçün xoş müjdə olmaqla bərabər, ölkə vətəndaşlarında dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə və qüdrətli ordumuza inamı, etibarı daha da gücləndirib! Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində atılan mühüm bir addımdır!
Çıxışlardan sonra Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin “Gənclər şöbəsi”nin fəal üzvləri tərəfindən hazırlanan “Şəhidliyə gedən yol” adlı səhnəcik nümayiş etdirilib. Tədbirə Qarabağ şikəstəsi ilə yekun vurulub.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info