Qarabağ mövzusunda maraqlı film çəkilib
Tarix: 05.04.2019 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Yaşanmış olan real tarixi hadisələrə əsaslanan, müharibə mövzusunda çəkilmiş "Son nəfəsədək" filmi artıq tamaşaçılara təqdim edilib. Qarabağ mövzusunda çəkilmiş filmdə vətənpərvərlik, döyüş hissi, qeyrət namus, torpaqlarımızın qorunması məsələsi ön plana çəkilib. Bu film Ermənilərin Azərbaycana qarşı təcavüzünün başladığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edərək, Qarabağ həqiqətlərini tamaşaçılarının diqqətinə çatdırır.

Filmin qısa süjet xəttini təqdim edirik:

"1989-cu il Sovet İttifaqının ucqar həbsxanalarının birində cəza çəkən Yavər doğma torpağına Qarabağa - Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burda hər şey dəyişib, erməni silahlarının dinc azərbaycanlılara divan tutması, sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də xəbər yoxdur. Yuxarı Veysəllinin və ətraf kəndlərin müdafiəsini üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır. Amma Sovet sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə üz-üzə gələndə heyrətlənir və seçim qarşısında qalır..."
Nurəddin Aslanovun müəllifliyi ilə rollarda İlqar Cahangir, Eldar Bağırbəyov, Novruz Cəfərov, Məhərrəm Qurbanov, Rövşən Kərimduxt, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədovun çəkildiyi "Son nəfəsədək" filmini Park Sinema Meroparkda izləyə bilərsiniz.
Qeyd edək ki, film senarist və baş prodüser Nurəddin Aslanovun təşəbbüsü ilə çəkilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
20.09.2019
“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq
19.09.2019
Azərbaycanlı rəssamın Neapol uğuru
19.09.2019
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
19.09.2019
“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info