Müxalifətdən kim sivil mübarizə yolu təklif edirsə, ona “hökumətin adamı” damğası vurulur
Tarix: 05.04.2019 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, son dönəmlərdə REAL Partiyası funksionerləri siyasi mübarizə metodu kimi seçkilərə getməyin daha optimal variant olduğunu bildirərək, mitinqlərin uğursuz seçim olduğunu dolayısı ilə bəyan edirlər. Bu xüsusda İlqar Məmmədov, Erkin Qədirli, Azər Qasımlının sosial şəbəkələr üzərindən bir neçə paylaşımı da var. Onlar, həm də bəzi köhnə müxalif komandanın yenilərin işinə aşkar mane olduğunu da qeyd edirlər. Bütün bunlardan ən çox “payını” götürən isə, heç şübhəsiz ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidir. Əli Kərimli isə onun üçün arzuolunmaz qüvvələrin müxalifətdə belə meydan oxumasına heç vaxt razı olmur. Belə hallar olan kimi, o ya özünün troll şəbəkəsini həmin şəxsin üzərinə salır, ya da “yazan əli” –Qənimət Zahid vasitəsilə həmin şəxsi və ya qüvvələri vurur... Son dönəmin ən çox müzakirə olunan məlum açıqlamalarına ilk olaraq Qənimət Zahid cavab verib. O yazıb ki, keçmiş siyasi məhbus İlqar Məmmədov hökumət tərəfə keçib. Maraqlıdır, REAL-çılar 19 yanvar mitinqində iştirak edəndə, Əli Kərimli və komandası belə fikirləri ortaya atmırdılar. İndi İlqar Məmmədov “pis insan”mı oldu? Sadəcə olaraq bu, növbəti böhtan, doğru- düzgün mübarizə forması təklif edib normal müxalifətçilik aparmağa çağıran adama qarşı atılan növbəti ləkədir. Ümumiyyətlə, dəfələrlə olub ki, müxalifətdən kimlərsə Əli Kərimlinin səhvini yazanda dərhal həmin şəxs haqqında “hakimiyyətin tərəfinə keçən adam” imici yaradırlar. Bu da Əli Kərimlinin seçdiyi qisas növüdür... İndiki halda isə Qənimət Zahidin belə anormal iddia ilə çıxış etməsi gülünc doğurur. Yəqin ki, qarşı tərəfin bu ittihama olan cavabı özünü çox gözlətməyəcək!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Baş nazirin müavini cəbhə boyu yaşayış məntəqələrində olub
26.09.2020
Cəbhə xəttindən uzaq durun
25.09.2020
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
25.09.2020
Prezident BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib
24.09.2020
XİN Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı məlumat yaydı - SİYAHI

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info