THY-nın İstanbul hava limanına köçürülməsinin final mərhələsi plan üzrə həyata keçirilir
Tarix: 05.04.2019 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


“Türk Hava Yolları” dünyanın ən böyük hava limanı layihəsi olan İstanbul hava limanına köçməyə başlayıb. Köçün ilk mərhələsi ötən ilin oktyabr ayında baş tutub. Bu gün saat 03.00-dan etibarən isə köçün əsas mərhələsi həyata keçirilir.
Nəhəng köçürmə prosesinin 38%-i 6 saatdan sonra uğurla Atatürk hava limanından İstanbul hava limanına köçürülüb. Aviasiya tarixində unikal hadisə olan bu köçürülmə əməliyyatı ümumilikdə 45 saat davam edəcək və aprel ayının 6-sı, şənbə günü, saat 23.59-da sona yetəcək. Əməliyyatın öncədən planlaşdırıldığı kimi həyata keçirilməsi üçün Atatürk və İstanbul hava limanları aprel ayının 6-ı 02.00-14.00 saatlarında bütün sərnişin reysləri üçün bağlanacaq. Atatürk hava limanından reallaşdırılacaq sonuncu sərnişin reysi İstanbuldan Sinqapura həyata keçiriləcək. Köçürülmə prosesi çərçivəsində İstanbul hava limanında əməliyyatlar 6 aprel saat 14.00-da başlayacaq. “Böyük köç” zamanı ilk reys İstanbul hava limanı ilə Ankaranın Esenboğa hava limanı arasında yerinə yetiriləcək. “Türk Hava Yolları”nın İstanbul hava limanından olan növbəti uçuşları plana uyğun olaraq tədricən artırılacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info