“Hər bir Azərbaycan vətəndaşı insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdır”
Tarix: 05.04.2019 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta İnternat məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “insan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir təşkil etmişdir. Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis- polkovniki Fuad Əliyev və İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev iştirak etmişlər. Natiqlər sözügedən cinayət növü və onunla mübarizə mexanizmlərindən, dövlətimizin digər cinayət növləri kimi insan alveri ilə və onunla məşğul olan cinayətkarlarla da kəskin mübarizə aparıldığını bəyan etmişlər. Fuad Əliyev baş idarənin fəaliyyəti istiqqməti və görülən işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişdir. Eyni zamanda DİN-nin insan alveri qurbanlarına kömək fondu və insan alveri qurbanlarının sığnacağı haqqında danışmışdır. Ramiz Alıyev isə vətəndaş cəmiyyətinin bu yöndə apardığı fəaliyyət barəsində, görülən işlər haqqında çıxış etmiş, eyni zamanda cənab Prezident tərəfindən təyin olunan İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyəti haqqında məlumat vermiş və Milli Koordinatorun bu cinayət növü ilə bağlı qətiyyət nümayiş etdirməsini xüsusi vurğulamışdır. Natiq çıxışı zamanı bildirmişdir ki, “hər bir Azərbaycan vətəndaşı insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdır” Tədbir sual cavab ilə davam etmişdir və sonda DİN-nin çəkdirdiyi “Satılmış Həyat” filmi tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info