Nəsimidə “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir
Tarix: 05.04.2019 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi rayonu Ağbirçəklər Şurasının birgə təşkilatçılığı ilə “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasətinin əsasını milli-mənəvi dəyərlərin qorunması təşkil edirdi. Ümummilli Liderin əsasını qoyduğu bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. Bu gün dövlətimiz gənclərə böyük imkanlar yaradıb. Onlar bu imkanlardan istifadə edib mənəvi dəyərlərimizin qorunması işini gücləndirməlidirlər. Müasir müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkəmizdə ailəyə verilən qiymətin bariz ifadəsidir.
Asif Əsgərov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində mühüm işlər görürlər. Heydər Əliyev Fondu bununla bağlı mühüm layihələr həyata keçirib.
Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxışında milli-mənəvi dəyərlərin qorunmasının cəmiyyətimizin ən mühüm vəzifəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan ulu Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Tarixə nəzər salsaq görərik ki, xalqımızın yaşaması, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ailə dəyərlərimizin qorunması üçün hüquqi bazamız mövcuddur. O, gənclər arasında milli-mənəvi və ailə dəyərlərimizin qorunması ilə bağlı təbliğat işinin daha da gücləndirilməsinin önəmini qeyd edib. Əlavə edib ki, Dövlət Komitəsi Azərbaycanın müxtəlif bölgələrində bu mövzuda tədbirlər keçirir.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı vurğulayıb ki, Azərbaycanda ailə dəyərləri mühüm yer tutur. O, Azərbaycan ailəsinin, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, ölkəmizdə ailə dəyərlərinin möhkəm olması özünü Aprel döyüşlərində də göstərdi. Vətən uğrunda şəhid və qazi olan Azərbaycan oğulları analarımızın yetişdirdikləri qəhrəman övladlardır.
Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, milli-mənəvi dəyərlərimiz təbliğat yolu ilə gənclərimizə aşılanmalıdır və bu prosesdə kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür. KİV-lər nümunəvi Azərbaycan ailələrindən yazılar yazmalı, reportajlar yaymalıdırlar. Bu, gənclərimizin milli ruhda tərbiyəsinə də təsir edər. Ailələrlə, analarla bağlı məxsusi günlər təyin olunmalıdır. Bu cəmiyyətdə ailə dəyərlərinin önəmli yerə malik olduğunu təsdiqləyər.
Mövzu ilə bağlı çıxış edən QHT nümayəndələri, fəal qadınlar dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün görülən kompleks tədbirlərin əhəmiyyətindən danışıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info