Aşotyan:”Ermənistanın xarici siyasəti uğursuzdur”
Tarix: 05.04.2019 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


«Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb. AZƏRTAC xəbər verir ki, Toplantıda Şərq Tərəfdaşlığı və Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın vəziyyəti, yeni razılaşma üzrə danışıqlar müzakirə edilir. Bundan başqa, 2018-2020-ci illər üzrə Tərəfdaşlıq Prioritetlərinə dair fikir mübadiləsi aparılır. Eləcə də iclasda Azərbaycanda aparılan islahatlar, iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi, nəqliyyat, təhsil, ətraf mühit kimi məsələlər, mobillilik, vizanın sadələşdirilməsi və readmissiya sazişinin icrası müzakirə olunur».
Qeyd edilməlidir ki, AZƏRTAC tərəfəindən yaımlanın bu xəbər erməni mətbuatı, onların üzdə olan siyasətçiləri tərəfindən qıcıqla qarşılanıb. Məsələn, Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan erməni cəmiyyətini Azərbaycan-Avropa Əməkdaşlıq Şurasının iclasına və bu iclasda hazırlanan yeni müqaviləyə diqqət yetirməyə çağırıb. Qlobal maraqların daha çox əhəmiyyətli hala gəldiyini xatırladan erməni siyasətçi Paşinyana «demokratiya arqumentinə böyük ümidlər verməməyi» məsləhət görüb. Aşotyan fikrincə, Ermənistanın Avropa İttifaqı ilə 2017-ci ilin noyabrında qurduğu üstün münasibətlər bu gün «iflasa uğramaqdadır». Qeyd etmək lazımdır ki, Ermənistanın mövcud hakimiyyətini müntəzəm olaraq tənqid edən Aşotyan Paşinyan komandasının xarici siyasət məsələsindəki fəaliyyətini təsirsiz, zəif və uğursuz hesab edir.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Qolos Armenii”: “Paşinyanın komandası ona saxta rəqəmlər verir”
16.09.2019
İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib
16.09.2019
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad olunub
16.09.2019
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
15.09.2019
Özbəkistan da Türk Keneşinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info