Horadizdə “Aprel Zəfəri“ adlı konsert proqramı keçirilib
Tarix: 05.04.2019 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Füzuli rayonunun Horadiz şəhərində "Aprel Zəfəri" adlı konsert proqramı keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Televiziyası növbəti dəfə canlı konsert proqramını Horadizdən yayımlayıb.
Ana Televiziya bununla da cəmiyyətdə bir daha aprel döyüşlərinin əhəmiyyətini önə çəkib. Konsertdə çıxış edənlər vurğulayıblar ki, həmin döyüşlər düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdi, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdı. Həmçinin xalqımızın öz ordusuna inamını, vətənpərvərlik hissini daha da gücləndirdi. Aprel zəfəri ordu ilə xalq birliyinin təntənəsinə çevrildi. Şanlı qələbənin üçüncü ildönümü münasibətilə Azərbaycan Televiziyası növbəti dəfə canlı konsert proqramını Horadizdən yayımlamaqla bütün dünyaya xalqın qələbə əhval-ruhiyyəsi mesajını verdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Aprel döyüşləri bizim tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. “Aprel Zəfəri” konsertində bu, xüsusi vurğulanıb. Ziyalıların, kənd sakinlərinin, N saylı hərbi hissənin əsgərlərinin ruh yüksəkliyi və qürurla iştirak etdiyi konsert proqramında tanınmış incəsənət ustalarının ifasında musiqilər təqdim olunub.
Xatırladaq ki, Qarabağ müharibəsində dönüş Horadiz istiqamətində başlanıb. İlk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 2016-cı ilin aprel döyüşləri zamanı isə Azərbaycan ordusu işğal altındakı digər torpaqlarımızın da azad olunacağına inam təlqin edən növbəti qələbə qazanıb.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Cəlil Məmmədquluzadənin “Poçt Qutusu” tacik dilində
16.09.2019
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16.09.2019
Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
16.09.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info