“Aksam.com.tr”: “Azərbaycan Türkiyədə investisiyalarını artıracaq”
Tarix: 08.04.2019 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


“Hazırda Ege bölgəsindəki ən böyük neft Ar-Ge mərkəzinin layihəndirilməsi mərhələsindəyik”

Ölkə iqtisadiyyatının davamlı inkişafı yeni layihələrin reallaşmasına, sosial və iqtisadi sahədə islahatların həyata keçirilməsinə imkan verir. Təsadüfi deyil ki, bu gün beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və mövcud vəziyyətə yüksək qiymət verirlər.

“Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcək”

Ölkə başçısı bildirib ki, keçən il artıq iqtisadi inkişaf başlayıb, bu ilin iki ayının yekunları var: “Bu yekunlar çox müsbətdir, iqtisadi artım kifayət qədər yüksəkdir, 3 faizə yaxındır. Qeyri-neft sektorunda sənaye istehsalı 15 faizdən çox artıb. Əhalinin gəlirləri artır, inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən aşağıdır, istehlak qiymətlərinə çox ciddi nəzarət edilir. Aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Bu, bizə imkan verir ki, bu vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdləri - bütün bunlar bunun hesabına mümkün olub. Bizim iqtisadi vəziyyətimiz imkan verir ki, bu islahatları aparaq. İslahatlar bütün sahələri əhatə edir. Bir daha demək istəyirəm ki, biz inkişafın yeni mərhələsinə qədəm qoyduq. Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir. Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcək. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcək”.

Türkiyəyə yatırılan bütün investisiyaların təqribən 8 faizi Azərbaycanın payına düşür

Bu gün artıq iqtisadiyyatın inkişafı nəticəsində Azərbaycan investisiya cəlb edən ölkədən daha çox investisiya yönəldən ölkəyə çevrilib. Nəzərə alsaq ki, Azərbaycan Mərkəzi və Şərqi Avropada kifayət qədər investisiyalar həyata keçirib. Azərbaycan Çexiya Xorvatiya, Polşa və digər ölkələrin iqtisadiyyatına böyük məbləğdə investisiya yönəldib. Azərbaycan yalnız inkişaf etməkdə olan ölkələrin deyil, o cümlədən inkişaf etmiş ölkələrin iqtisadiyyatına investisiya qoyur. Azərbaycan digər ölkələrdən daha çox Türkiyənin iqtisadiyyatına investisiya qoymağa maraqlıdır. Buna səbəb də Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətinin olmasıdır. Qeyd edək ki, 2018-ci ildə Azərbaycanın Türkiyədə investisiyaları 516 milyon dollar olub. Bununla yanaşı, Azərbaycanın Türkiyəyə birbaşa investisiyalarının payına 489 milyon dollar düşür. İl ərzində Azərbaycandan Türkiyəyə ən çox sərmayə (178 milyon dollar) noyabrda, ən az isə (13 milyon dollar) dekabrda qoyulub. Türkiyəyə yatırılan bütün investisiyaların təqribən 8 faizi Azərbaycanın payına düşür.
Türkiyə mətbuatında da Azərbaycanın bu ölkəyə investisiya yatırması ilə bağlı ardıcıl yazılar dərc edilir. “Aksam.com.tr” saytında dərc edilən “Azərbaycan Türkiyədə investisiyalarını artıracaq” başlıqlı növbəti yazı da məhz bu mövzuya həsr edilib. Yazıda qeyd edilir ki, Türkiyəyə 2018-ci ilə qədər 26 milyard dollarla ən böyük investisiya yatıran ölkə Azərbaycan olub. Azərbaycanlı İş Adamları Birliyi (TAİB) İdarə heyətinin başçısı Mehdi Nağıyev bildirib ki, 26 milyard dollarlıq investisiyanın təxminən 5,5 milyard dollarının iş adamları tərəfindən yatırıldığını, bu investisiyanın qarşıdakı bir neçə il ərzində bir neçə dəfə artmasını gözləyirik. Türkiyədəki TAİB üzvləri SOCAR ilə birgə iclas keçirib. SOCAR Türkiyənin Əmlak və İnşaat üzrə direktoru Tural Məmmədov da Türkiyəyə yatırılan investisiyanın 15 milyard dollar ətrafında olduğunu ifadə edərək deyib: "Amma ümumilikdə planlaşdırılan rəqəm 20 milyard dollardır".
1,5 milyard dollar sərmayə ilə İzmir Aliağada neft və neft-kimya Ar-Ge layihəsini həyata keçirdiklərini deyən T.Məmmədov bildirib ki, hazırda Ege bölgəsindəki ən böyük neft Ar-Ge mərkəzinin layihəndirilməsi mərhələsindəyik: “2020-ci ilin sonuna doğru bu Ar-Ge mərkəzini tamamlamağı planlaşdırırıq. Bu il inşaata başlayacağıq”. O, neft-kimya sahəsinə böyük investisiya yatırdıqlarını və bir neçə ay əvvəl Kayseri Qaz və Bursa Qaz paylama şirkətlərinin alındığını vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info