Nəqliyyatda vahid ödəniş kartlarının tətbiqinə sentyabrda başlanacaq
Tarix: 29.07.2013 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Onun sözlərinə görə, ilkin olaraq iyun ayında 500 avtobusda vahid kart sisteminin tətbiq edilməsi məsələsi nəzərdən keçirilsə də, faktiki olaraq paytaxtda xəttə 2 000-dən çox avtobusun çıxdığı nəzərə alınaraq, bu rəqəmin artırılması qərarı verilib. Nazirlik rəsmisi qeyd edib ki, vahid ödəniş kartları bank məhsulu olacaq və əhali üçün istifadəyə ən azı 1 mln. ədəd belə kart buraxılacaq.
Kartların satış qiyməti 1 manat olacaq və həmin kartlara vəsaiti onların satıldığı yerdə yükləmək mümkün olacaq: «Vətəndaşlar karta istədikləri məbləğdə pul yükləyib, onu metro, ticarət və ictimai iaşə obyektləri, bir sözlə, hər yerdə ödəniş vasitəsi kimi istifadə edə biləcəklər». N.Həsənovun sözlərinə görə, bu sistemin həyata keçirilməsində nazirliklə əməkdaşlıq etmək üçün artıq bir sıra kommersiya bankları maraq göstərdiklərini bildiriblər: «Bu nəqliyyat kartlarının tətbiq olunmasında məqsəd dəqiq uçot aparmaq, şəffaflığı təmin etməkdən ibarətdir. Bir çoxları bu kartların maaş kartı ilə əvəz olunacağını düşünürdülər. Amma qeyd edim ki, nəqliyyat kartı maaş kartından üstün olacaq, onu hər yerdə istifadə etmək mümkün olacaq. Gələcəkdə isə bu kartların maaş kartlarına transfer edilməsi də mümkün ola bilər». Qeyd edək ki, bankların köməkliyi ilə müvafiq onlayn ödəniş sistemini Türkiyənin «Asis» şirkəti hazırlayır. Kartlar ən azı 5 000 min ödəniş məntəqəsində satılacaq. İlk vaxtlar sərnişin nəqliyyat sistemində nağd ödənişlər də qüvvədə qalacaq: «Məsələn, sərnişinin ödəniş kartı olmadıqda, gediş haqqını sürücüyə nağd şəkildə təqdim edib, onun ehtiyat kartı ilə ödənişini reallaşdıra biləcək».




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info