Ermənistanda “media soyqırımı”
Tarix: 11.04.2019 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişi KİV-ə təzyiqlər edilməsi ilə də yadda qaldı. Normal komandası olmayan Paşinyanın, demək olar ki, ilk “işi” ölkədə medianı susdurmaq oldu. O, bir növ, gücünü öz həmkarları üzərində sınadı. Öncə, Ermənistanda hökumətin iclas zalı jurnalistlərin üzünə bağlandı. Xüsusən, ötən il parlament seçkiləri ərəfəsində və seçkidən sonra mediaya təqiblər daha açıq şəkildə özünü bürüzə verdi. Məsələn, seçkidən sonra Ermənistanın ən nüfuzlu saytlarından olan “News.am” Paşinyanın göstərişi ilə istintaqa cəlb olundu. Səbəb saytın Respublikaçılar Partiyası ilə bağlı hansısa məlumatı işıqlandırması olub. Ondan sonra davamlı olaraq jurnalistlər təqib olunur, mətbuu orqanlar isə müxtəlif bəhanələrlə bağlanır. Hətta bir çox jurnalitlər ölümlə hədələnir. Maraqlıdır ki, mitinqlərdə zorakılığa məruz qalanlar arasında vəzifə borcunu yerinə yetirən jurnalistlər üstünlük təşkil edirlər.
Nəzərə çatdıraq ki, bu ilin yanvarında Ermənistanın “Haynews.am” xəbər saytı rəhbərinin müavini Mqer Yeqizaryanın həbsxanda acılıq aksiyası keçirərkən vəfat etməsinə də Paşinyan hakimiyyəti etinasız yanaşdı. Ermənistanda jurnalistlərin daim təhdid altında olması bir daha bu ölkədə media azadlığının boğulduğunu göstərir. “Eurasianet.org” saytı yazır ki, son günlər isə Paşinyan “fake news” adı ilə saytları bağlayır və rəhbərlərini həbs etdirir: “Artıq bir sayt rəhbəri həbsxanadadır. Baş nazir tənqidi media ilə mübarizəyə təhlükəsizlik xidmətlərini cəlb edib. Bununla bağlı o, ölkənin təhlükəsizlik xidmətlərinə əmr verib. Paşinyan Milli Təhlükəsizlik Xidmətinin (NSS) rəhbəri Artur Vanetsyana müraciət etdərək, ondan bu məsələ ilə bağlı konkret nəticələr gözlədiyini deyib. O, eyni zamanda sosial mediada kəskin inqilab çağırışları edən “fake” profillərin bağlanııması tapşırığını da verib. Sentyabr ayında bir xəbər saytının ofisinə NSS tərəfindən basqın edilib.
Paşinyan bununla bu günün uğursuzluqlarını manipulyasiya etmək və onları zəfər kimi təqdim etməyə çalışır. Paşinyan dəfələrlə nöqsanları yazan mətbuatı tənqid edib. Bəzən “Facebook” səhifəsində onun haqqında yazılan tənqidləri təkzib edir”. Onu da deyək ki, artıq təhlükəsizlik xidməti orqanları tənqidi çıxışlar edən bir neçə “Facebook” səhifəsinin müəlliflərini həbs edib.
Paşinyanın bu fəaliyyətini ekspertlər də pisləyib. Ermənistanın Azad İnformasiya Mərkəzinin rəhbəri Şuşan Doydoyan “Eurasianet.org”a baş nazirin şifahi talimatları əsasında KİV nümayəndələrinin həbs edilməsinin söz azadlığına təhdid olduğunu deyib: “Hər hansı bir tənzimləmə qanunla müəyyənləşdirilməlidir. Bundan başqa, NSS-in səlahiyyətləri internetə nəzarət etməyə imkan vermir. Saxta xəbərlərin paylanması üçün daha az cəzalar nəzərdə tutulur”.
Paşinyanın mediaya başqılarına qarşı beynəlxalq təşkilatlar hələ də səssizdir. Hansı ki, hökumət Avropa Şurası qarşısında söz azadlığının qorunmasına dair öhdəlik götürüb. Bunun əksinə olaraq isə Ermənistanda KİV nümayəndələrinin bütün hüquqları tapdalanır. Dünya birliyi erməni jurnalistlərinin haqlarının pozulmasına qarşı reaksiya vermir. Qərbin ikili standart mövqeyi bu məsələdə də özünü göstərir. Halbuku Azərbaycanda süni şişirdilmiş istənilən hadisə ilə bağlı yersiz bəyanatlar verirlər. Məqsədli şəkildə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Ermənistanda isə real baş verən haqsızlıqlarla bağlı Paşinyanı heç bir beynəlxalq təşkilat qınamır.
Erməni xalqı Paşinyanı demokratik adam hesab edib özünə rəhbər seçmişdi. Amma o, Sərkisyanın yolunu tutdu. Hazırda da bilinmir ki, Rusiyanın, yoxsa Qərbin planını icra edir… Bu gün Paşinyan mediaya hücum etdiyi üçün Ermənistanda təhlükəyə çevrilib. Qəribədir ki, Paşinyan öz jurnalist keçmişini unudur və tənqiddən nəticə çıxarmır. Görünür, Paşinyan ya KİV-dən qorxur, ya da KİV-lə iş qurmağı bacarmır. Buna görə də o, ən asan yol olaraq mediaya sanki soyqırımı edir. Bu da erməni xalqının xislətindədir…





 
Müəllifin son yazıları

12.02.2019 İnternet media zamanın tələbidir
30.08.2018 Diasporumuzun inkişafına yeni təkan
31.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi
24.01.2018 Virtual həmrəylik strategiyası
28.07.2017 Dünya mediasına necə inteqrasiya etməli

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info