“Dərman bitkilərini və onların yığıntılarını yalnız apteklərdən alın”
Tarix: 11.03.2019 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Məlumdur ki, respublikamızın florası zəngin bitki örtüyünə malikdir. Bunların əksəriyyəti isə müalicəvi təsirə malikdir. Lakin çox insanların onlardan düzgün istifadə edilməsi barədə müfəssəl məlumatı yoxdur. Mövzuyla bağlı məsələyə aydınlıq gətirən Azərbaycan Tibb Universitetinin "Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva bildirdi ki "Həqiqətən də respublikamızın bitki florasında geniş şəkildə yayılan bitkilərin böyük əksəriyyəti gözəl müalicəvi əhəmiyyətə malikdir. Bu bitkilər ofisinal dərman bitkiləri adlanır. Amma bilmək lazımdır ki, bu bitkilərin müalicəvi təsirləri, onların tərkiblərində mövcud olan müxtəlif tərkibli bioloji fəal maddələr qrupudur. Bu maddələrə əsasən, flavonoidlər, alkaloidlər, ürək qlikozidləri, aşı maddələri, kumarinlər, efir yağları, həmçinin müxtəlif qrup vitaminlər aiddir. Onu qeyd etmək lazımdır ki, bu maddələrin hər bir qrupunun ayrı-ayrılıqda öz müalicəvi-farmakoloji təsirləri var. Belə ki, bunlar müxtəlif xəstəliklərin müalicəsində, sakitləşdirici, hipotenziv, ödqovucu, sidikqovucu, iltihabəleyhinə antiseptik və s. kimi təsirlər göstərirlər. Əsasən yaz fəslində bir çox bitkilərin çiçəkləmə fazası baş verir ki, o zamam bu maddələr daha çox sintez olunur. İnsanların böyük əksəriyyəti isə əsasən yaz və yay aylarında bu bitkiləri təbiətdən toplayır, istifadə edir və ya qurudub soyuq aylarda satışı ilə məşğul olurlar. Bir mütəxəssis kimi deyə bilərəm ki, bu cür fəaliyyətlə elmi biliyi və təhsili olmayan adamların məşğul olması və onlardan özbaşına istifadə edilməsi qətiyyən yolverilməzdir. Çünki onların çoxu bitkiləri yaxşı tanımırlar və onları müxtəlif xəstəliklərin müalicə vasitəsi kimi əhalini aldadaraq, satır, üstəlik hansı xəstəlikdə istifadə edilməli adı ilə məsləhət də verirlər Bilmək lazımdır ki, bitkilərin düzgün seçilərək yığılması, onların düzgün şəraitdə qurudulması, tədarük olunması və çeşidlənərək istifadəyə uyğun hala gətirilməsi yalnız bu sahənin mütəxəssislərinin işidir. Əfsus ki, bir çox insanlar müxtəlif bitkilərdən və ya onların düzgün çeşidlənməyən yığıntılarından fərdi qaydada dəmləmələr, bişirmələr, şıxarışlar hazırlayıb müxtəlif xəstəliklərdə qəbul edir və sonra onun fəsadını yaşayırlar. Ona görə əhalimizə məsləhətim odur ki, dərman bitkilərini və onların yığıntılarını yalnız apteklərdən alsınlar və həkimin təyinatından sonra qəbul etsinlər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info