Tunis hökuməti təcili iclas keçirəcək
Tarix: 29.07.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Tunis parlamentinin deputatı və müxalifətçi “Xalq hərəkatı”nın lideri Məhəmməd Brahmi qətlə yetiriləndən sonra ölkədə siyasi vəziyyətin kəskinləşməsi ilə əlaqədar, Tunis hökuməti iyulun 30-u təcili iclas keçirəcək.
Tunisin təhsil naziri Səlim Labiyed istefa barədə ərizə verib, gün ərzində isə indiki hakimiyyətin tərəfdarları və əleyhdarlarından ibarət düşərgələrə bölünmüş 10 mindən çox adam Tunis paytaxtındakı Bardo rayonunda parlamentin binası qarşısında nümayiş keçiriblər. Məhəmməd Brahminin qətlindən sonra Tunisdə siyasi vəziyyət kəskinləşib. M.Brahmi ölkədə hakimiyyətdə olan islamçı “Ən Nəhda” partiyasını dəfələrlə tənqid etmişdi. Buna görə də onun ölümündə bu partiyanı günahlandırırlar. M.Brahminin qətlə yetirilməsi ölkənin bir sıra şəhərlərində əksər hallarda polislə toqquşmalar həddinə çatmış kütləvi çıxışlara səbəb olub. Ölkədə böyük əks-səda doğurmuş bu qətlə etiraz əlaməti olaraq Tunis parlamentinin 52 deputatı parlamentin işində iştirakını dayandırıb. Onlar Məclisin buraxılmasını, Nazirlər Kabinetinin istefa verməsini və milli birlik hökuməti yaradılmasını tələb edirlər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info