“Bir-birinə nifrəti gizlədə bilməyənlər səs qazana bilməz”
Tarix: 29.07.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı “Səs” İnformasiya Agentliyinə (SİA) müsahibə verib.
O, “milli şura”nın artıq tam demək olar ki, dağıldığını bildirib: “Gözlənidiyi kimi, bu qurum radikal müxalifətin yaratdığı digər qurumlar kimi tez bir zamanda fiaskoya uğradı. 3-4 gün bundan qabaq İslam Partiyasının sədri Səmədov bəyanat verərək qurumu tərk etidyini bildirdi. Bunlar həmişə olduği kimi yarandığı ilk gündən bir-biri ilə amansız mübarizəyə başladılar. “Yurdçu”lar müsavatçılara qarşı acıq təhirə keçdilər. İsa Qəmbər Əli Kərimliyə qarşı bəyanat verdi ki, yığışdır bu əxlaqsızlığı. Əli Kərimlinin tərəfdarları Arıf Hacılını mediada və sosial şəbəkədə, xüsüsən də “Facebook”da çox pis bir formada təhqir etdilər. Sonradan müsavatçılara qarşı bu cür kampaniyaya Əli Kərimli Rəsul Quliyevi də cəlb etdi. Yarandığı gündən bir – birinə nifrət püskürdülər. İndiki vəziyyətdə bu adamlar birgə fəaliyyət göstərə bilməyəcəklər”. Orduxanlı deyib ki, Əli Kərimli heç vaxt İsa Qəmbərin önə keçməsinə razı ola bilməz: “Ona görə də tezliklə “milli şura”nın dağılmasını bəyan edəcəklər. Baş verənlər isə birbaşa gözlənilən idi. Mən əvvəlcədən də demişdim ki, Rüstəm İbrahimbəyov Bakıya gəlməyəcək! Bu adam Bakıya gəlməyə qorxur. Görünür, özü yaxşı bilir ki, ona qarşı açılan cinayət işində kifayət qədər faktlar var ki, hüquq-mühafizə orqanları onu həbs edə bilər. Bu baxımdan da o, Bakıya gəlmir. Rüstəm İbrahimbəyov heç vaxt siyasət adamı olmayıb və buna görə də verdiyi bəyanatın məsuliyyətini başa düşmür. İndiyə qədər 5-6 dəfə bu cür bəyanatlar verib və hər dəfə də müxtəlif bəhanələrlə Bakıya gəlməkdən imtina edib. Məncə, günah 75 yaşlı Rüstəm İbrahimbəyovda deyil. Bu adam yaşlı adamdır və ola bilər ki, nə danışdığının məsuliyyətini bilmir. Günah 20 ilin partiya sədrlərindədir ki, qoca bir adamı qabağa verib onun kölgəsində gizlənirlər. Bu adaç bir gün də olsun, ölkənin siyasi rəbərliyində təmsil olunmayıb. Ömür boyu kino çəkib və ssenari yazıb. Aktyorlara rol verib. Yəqin bu adam siyasətçilərlə aktyorları səhv salıb”. Eldar Namazovun seçkidə “milli şura”nın vahid namizədi elan olunacağına gəlincə, Orduxanlı bildirib: “Eldar Namazov heç vaxt güclü siyasətçi olmayıb. Bu adam o qədər zəif siyasətçidir ki, son 15 ildə özünə pariya yarada bilmədi. İsa Qəmbər Eldar Namazova güzəşt etməz. Ümumiyyətlə, İsa Qəmbər bu seçkidə heç kimə güzəşt etməyəcək. Özü bu seçkidə iştirak edəcək. Qəmbər yaxşı bilir ki, bu, onun son şansıdır. Partiya daxilində də ona son şans veriblər. Seckidən dərhal sonra uzun illər geçikən partiyanın qurultayı keçiriləcək. Arif Hacılının növbəti başqanlıq iddiası reallaşacaq. İsa Qəmbər başqanlığı Arif Hacılıya verməlidir. Əli Kərimliyə gəldikdə isə, bu adam İsa Qəmbərin vahid namizəd olmaması üçün Yaşar Türkazərə də razılıq verər, ancaq, İsa Qəmbərə yox. Bu baxımdan İsa Qəmbərdən başqa istənilən namizədə razılıq verəcək. Çünki Əli Kərimli İsa Qəmbərə patoloji nifrət edir. Düşünürəm ki, radikal müxalifət 2013-cü il prezident seçkilərindən yenə də məşlubiyyətlə çıxacaq. Cəmiyyət bu gün bütün prosesləri yaxından izləyir. Seçkiyə başlamağa 1 ay qalmış bir-birinə patoloji nifrətlərini gizlədə bilməyən siyasi qüvvələr xalqdan neçə səs qazana bilər? Bu qüvvələr hakmiyyətə gəlsələr, hansı birliklə bu xalqa rəhbərlik edə bilərlər? Ona görə də radikal müxalifət ənənəvi olaraq bu seçkidən də böyük itiki ilə çıxacaq və məğlub olacaqlar. 20 ildir xalq radikal siyasətə dəstək vermir”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info