27 subartezian quyusu istismara verilib
Tarix: 30.07.2013 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən bildiriblər ki, içməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələrində su təchizatının yaxşılaşdırılması məqsədi ilə 2013-cü ilin yanvar-iyun aylarında 27 subartezian quyusu qazılaraq istismara verilib. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sifarişi əsasında Zaqatala, Yardımlı, Lerik, İsmayıllı, Goranboy, Ağdam, Balakən, Qazax, Ağcabədi, Samux rayonunun kənd və qəsəbələrində qazılmış subartezian quyuları yerli əhalinin içməli suya olan tələbatının ödənilməsinə töhfəsini verib. Görülmüş işlər nəticəsində 24 yaşayış məntəqəsində 5 mindən çox sakinin içməli su təchizatı yaxşılaşıb.
Hazırda içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. “Birləşmiş Sukanal” MMC hazırda respublikanın 46 şəhər və rayon mərkəzi ilə yanaşı, 80 qəsəbə və 271 kənd yaşayış məntəqəsində 244 minədək abonentə xidmət göstərir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info