Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
Tarix: 17.04.2019 | Saat: 14:28:00 | E-mail | Çapa göndər


Azərbaycanlı həkim-yazıçı Sabit Əliyev Rusiya Yazıçılar İttifaqına üzv qəbul olunub. Rusiya Yazıçılar İttifaqının direktoru Vladimir Krımski həkim-yazıçı Sabit Əliyevin “Sözə doğru yol” hekayəsini yüksək qiymətləndirərək onu ittifaqa üzv seçib. Bu haqda Sabit Əliyev özəl olaraq “Palitra”ya məlumat verib.
Rusiya Yazıçılar İttifaqının direktoru Vladimir Krımski Sabit Əliyev haqqında fikirlərini belə ifadə edib: “Rusiya Yazıçılar İttifaqına Sabit Əliyev üç kitabın müəllifi kimi qəbul edilib. RYB-nın hər il dərc edilmiş kolleksiyasında, həmkarımız sadəcə "Sözə doğru yol" adlı bir hekayəni nəşr etdi. Ənənəvi qətiyyətsiz bir baxışdan, bütün işlərə uyğun bir qiymətləndirmə verildi. Beləliklə, Sabit Əliyev Rusiya Yazıçılar İttifaqının üzvü oldu”.
Xatırladaq ki, Sabit Əliyev 1977-ci ildə Azərbaycan Respublikası Salyan rayonu Qarabağlı kəndində doğulub. Orta məktəbi 1993-cü ildə Şirvan şəhərində bitirib. Ali təhsilini Stomatologiya üzrə alıb. Moskvada fəaliyyət göstərən Centr-Estet şirkətinin banisidir. 2013-cü ildən Frankfurt və Vyana Universitetlərinin sertifikatlı həkim-implantoloqudur. 2005-ci ildən Moskva şəhərində yaşayan soydaşmız üç kitab- “Özgə evi”, “Evə doğru uzun yol” və “Qismət deyilmiş” və doqquz hekayənin müəllifidir. Üç hekayə- “Sonuncu gün”, “Pionlar” və “Sözə doğru yol” Moskva hekayələr kitabında işıq üzü görüb. Bütün roman və hekayələri Azərbaycan dilinə tərcümə olunub və dünyanın bütün elektron kitabxanalarında satılır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində sərgilənir
25.05.2019
Beynəlxalq Muğam Mərkəzində caz musiqisinə həsr olunmuş konsert keçirilib
24.05.2019
İsrailli kamançaçalan Mark Eliyaxu Bakıda çıxış edəcək
24.05.2019
Bakıda “Youthvision-2019” beynəlxalq mahnı müsabiqəsi keçirilib
24.05.2019
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info