Beynəlxalq konfransda Azərbaycandakı məhkəmə-hüquq islahatları barədə söz açılıb
Tarix: 18.04.2019 | Saat: 13:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar çərçivəsində ölkəmizdə beynəlxalq standartlar səviyyəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı, dövlətimizin bu sahədə beynəlxalq əlaqələri daim inkişaf etdirilir. Səmərəli əməkdaşlıq əlaqələrinin davamı olaraq aprelin 17-də Rusiya Federasiyasının Moskva şəhərində “Hakimlər və prokurorların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş İdarəsi və Korrupsiyaya qarşı Mübarizə aparan Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Rusiya Federasiyasının Baş Prokurorluğu, Xarici İşlər Nazirliyi və Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) Vitse-prezidenti qismində Assosiasiyanı təmsil edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Rusiya Federasiyası Baş Prokurorunun birinci müavini Aleksandr Busmanın, Avropa Şurasının İnsan Haqları və Qanunun Aliliyi Baş İdarəsinin Baş direktoru Xristos Yukomolosun, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə aparan Dövlətlər Qrupunun (GRECO) prezidenti Marin Mrçelanın və digər ali vəzifəli nümayəndələrin iştirak etdiyi tədbirin yüksək səviyyəli seqmentində çıxış edən Kamran Əliyev Rusiya Federasiyası Baş Prokurorluğunun təmsil etdiyi Beynəlxalq Prokurorlar Assosiyasiyasının işinə verdiyi töhfələrin, eləcə də Assosiyasiyanın rəsmi saytının Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan rus dili versiyasının hazırda Rusiya Federasiyasının Prokurorluğu tərəfindən davam etdirilməsinin qurum tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Bununla yanaşı, Kamran Əliyev ölkəmizdə də aparılan sistemli korrupsiyaya qarşı mübarizə siyasəti, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilməkdə olan geniş məhkəmə-hüquq islahatları barədə iştirakçılara məlumat verərək bu siyasətin mühüm hissəsini beynəlxalq tərəfdaşlarla əməkdaşlığın təşkil etdiyini vurğulayıb, qeyd edilənlərə bariz nümunə kimi təmsil etdiyi Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası Prokurorluq orqanları arasında yüksələn xətt üzrə inkişaf edən səmərəli tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu göstərib. K.Əliyev çıxışında həmçinin təmsil etdiyi beynəlxalq qurumun maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi istiqamətində fəaliyyətinin təşkili ilə bağlı ümumi məsələlərə də toxunub, iştirakçılara rəhbərlik etdiyi Assosiyasiyanın “Korrupsiyaya qarşı mübarizə üzrə Prokurorlar Şəbəkəsi”nin (NACP) fəaliyyəti barədə geniş məlumat verib.
Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə Rusiya Federasiyası Baş prokurorunun birinci müavini Aleksandr Busman, Yunanıstan Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Kseni Dimitriou-Vasilipolu və digər ölkələrin, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri arasında ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda tədbirin proqramına uyğun olaraq edilmiş məruzələr müzakirə edilib, hakimlər və prokurorların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb. Tədbir müddətində Kamran Əliyev həmçinin, Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunda təhsil alan azərbaycanlı tələbələlərlə də görüşərək onların təhsili ilə maraqlanmış, tələbələri maraqlandıran sualları cavablandırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Vikipediya”da Cavad Heyətlə bağlı olan məqalə redaktə olunub
24.05.2019
“Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi icra edilir
24.05.2019
Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info