Arif Hacılı: “Rüstəm İbrahimbəyov kimdir ki, onun ayağına gedək”
Tarix: 30.07.2013 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə söz davası bitməmiş, ortaya yeni bir qalmaqal da çıxıb. Belə ki, Müsavat funksioneri indi də “milli şura”nın vahid namizədi olan Rüstəm İbrahimbəyova qarşı açıq savaşa çıxıb. Əvvəlcədən “Azərbaycana gələcəm” deyib, car çəkən Rüstəm İbrahimbəyovun sonradan fikrini dəyişərək Tiflisə gəlməsi və qurumda təmsil olunan müxalifət liderlərini öz ayağına çağırması ən çox Arif Hacılını hiddətləndirib. Sosial şəbəkələrdə müzakirəyə çıxarılan bir məlumatda deyilir ki, Müsavat Divanının son toplantısında Arif Hacılı bildirib: “Əvvəlcədən bəlli idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməkdən qorxur. O, kimdir ki, onun da ayağına gedək. Kifayət qədər ona güzəştə getdik. Onun “milli şura”nın sədri olmasına dəstək verdik. Bundan sonra İsa Qəmbərin namizədliyinin dəstəklənməsi haqqında düşünməliyik”.
Burada ortaya bir neçə maraqlı məqam da çıxır. İsa Qəmbər 2005-ci ildə Rəsul Quliyevin ayağına Simferopola gedəndə, niyə Arif Hacılı dillənmirdi? Bir neçə gün öncə özünün “mafioz” adlandırdığı Rəsul Quliyevin ayağına getmək olar, artistin ayağına yox? Bu ayrı-seçkiliyin səbəbi nədir? Arif Hacılı başa düşməlidir ki, İsa Qəmbər bu dəfə çox mühüm bir missiya yerinə yetirir, özü ilə qorxudan bəlli fizioloji problemlərlə üzləşmiş İbrahimbəyova zəruri tibbi-texniki vasitələr aparır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info