“Gənclər mənəvi irsimizin təbliğində fəallıq nümayiş etdirirlər”
Tarix: 18.04.2019 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


YAP Masallı rayon təşkilatı aparatında fəal gənclərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirmişdir ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: “Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Məhz bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
Seyfəddin Əliyevin sözlərinə görə, partiyamızın gəncləri cəmiyyətimizin fəal təbəqəsi kimi özlərini təsdiqləyiblər: “Gənclərimiz yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirirlər. Eyni zamanda, Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləri sırasındadır. Onlar cəmiyyətdəki yerini və rolunu yaxşı bilir və öz rollarını qiymətləndirməyi bacarırlar. Bununla da, biz gənclərin simasında gələcəyin qurucularını görə bilirik.
Tədbirdə iştirak edən gənc YAP üzvlərindən Nemət Abdullayev, Ülvi Rufullayev, Rövşən Muxtarov və başqaları çıxış edərək qeyd etmişlər ki, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.

Əlihüseyn Şükürtov




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR
16.10.2019
Sumqayıtda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info