“İşğalçı dövlətləri ədalətli mövqe tutmağa çağırırıq”
Tarix: 18.04.2019 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Nicat İlyasov: “Dünyada yaşayan bütün soydaşlarımız hər zaman Türkiyə və Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyir və bu yolda əlimizdən gələni əsirgəməməkdə qərarlıyıq”


Qərbin tarixən davam etdirdiyi imperializm siyasəti bu gün ikili standart mövqe namyiş olunması ilə özünü biruzə verir. Dağlıq Qarabağ məsələsində Ermənistana lazımi təziyi etməyən hegemon dövlətlər, qondarma erməni soyqrımı məsələsində ermənilərə dəstək göstərməkdən çəkinmirlər. Hər il 24 aprel ərəfəsində bir çox dövlətlər məqsədli şəkildə bu məsələni gündəmə gətirirlər. Son günlər bu baxımdan Fransa daha çox fəallığı ilə seçildi və 24 apreli rəsmən "Erməni Soyqırımı Anma Günü" elan etdi. Bu qərara ilk reaksiyanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu göstərib. “Makron Fransız Konstitusiya Məhkəməsinin qərarlarını açıq şəkildə pozur", - deyə Çavuşoğlu bildirib.
Xaricdəki soydaşlarımız da bu qərardan narahatlıqlarını ifadə ediblər. Belə ki, Naro-fominsk Azərbaycanlıları Cəmiyyətinin sədri Nicat İlyasov qəzetimizə bildirib ki, Fransa Erməni Təşkilatları Şurasına verdiyi sözə əməl edərək onlara sadiqlik nümayiş etdirib: “Özlərini bu şəkildə dünya xalqlarının, əsasən də ermənilərin "haqq, ədalət" mübarizəsinə həsr etmiş Fransa dövlətinin məqsədlərinin nə olduğunu ayırd etmək üçün çox uzağa deyil, sadəcə 20-ci əsrə nəzər salmağımız kifayət edər. Məhz Fransanın "zehni" fəaliyyəti sayəsində 19-cu əsrin 1-ci yarısında "Şovinizm" adlı bir termin meydana çıxır. "İkinci dərəcəli" millət və irqlər üzərində hökmranlıq etməli bir millətin milli müstəsnalığını təbliğ edən, ifrat millətçilik və xalqlar arasında ədavəti təbliğ edən Şovinizm siyasəti və onun əsas icradarı Napoleon Bonapartın başçılığı ilə ozamankı Avropa və eləcə də Rusiya xalqları çox acı müsibətlər yaşamışlar. Fransanın bu işğalçılıq yürüşləri nəticəsində bir sıra Avropa xalqları öz dədə-baba yurdlarından didərgin düşmüşlər. Çar Rusiyası təəbəliyində olan Şimali Azərbaycan 1819-cu ildə alman qaçqınlarını qəbul edir və onlar üçün Şəmkir şəhəri yaxınlığında Helenendorf və Annenfeld adlı ilk iki yaşayış məskəni salınır”.

Nicat İlyasov deyib ki, Birinci Dünya müharibəsinin yekununda qəbul edilmiş qərara əsasən Fransa və digər bu günün demokratiya "aşiqləri" öz imperialist siyasətlərini yeni "Mandat" sistemi adı ilə daha da canlandıraraq Asiya, Okeaniya, Afrika dövlətlərinin işğalını gerçəkləşdiriblər: “İkinci Dünya müharibəsinin gedişində və sonrakı illərdə keçmiş müstəmləkələrinin azadlıq mübarizəsini boğmaq üçün 1945-ci ildə Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirən Fransa sözün əsl mənasında bir genosid törədir. 1994-cü ildə isə Ruandada iki yerli xalq-hutu və tutsilər arasında müharibə başlayanda hutuların hakimiyyətdə olduğu Ruanda hökumətinə hərbi yardım göstərərək radikal hutuların tutsilərin məhv etməsinə şərait yaradır, nəzarətdən çıxan bütün ultra millətçilər 100 minlərlə tutsini qətl edir, qadınlarını zorlayırlar. Nəticədə 1000000 yaxın tutsi hutu, eləcə də digər Ruanda vətəndaşları Fransa genosid siyasətinin qurbanı olur. BMT bu qətliamı soyqırımı kimi tanısa da "demorkatiya beşiyi" Fransa nə Əlcəzair, nə də Ruanda soyqırımlarını qəbul etmir. Bugünkü Kanada dövlətinin yerli xalqlarının yer üzündən silinməsində də Fransa dövlətinin çox böyük "əməyi" vardır. Və qısa da olsa xatırladım ki, Fransa dövləti Afrika materikindəki Burkina-Faso, Benin, Mavritaniya, Qabon, Qvineya, Kamerun, Madaqaskar, Niger, Seneqal, Tunis, Mərkəzi Afrika Respublikası, Çad, o cümlədən Okeaniya adalarında son bir neçə yüz ildə yerli əhaliyə qarşı apardığı işğalçı sömürgəçilik siyasəti 21-ci əsrdə özünü demokratiya fədaisi adı altında yenə də qoruyub saxlamaqdadır”.
Onun fikrincə, demokratiya, əslində ənənəvi Qərb imperializminin, işğalçılıq siyasətinin 21-ci əsrdə, tanınmaması üçün üzünə taxdığı bir maskadır: “Qərb bizlərdən- müsəlman, türk, Şərq dünyasından nə istəyir? Doğrudanmı bütün dünyada demokratiyanın bərqərar olmasını arzulayırlar? Mən şəxsən öz adımdan və sədri olduğum Naro-fominsk Azərbaycanlıları Cəmiyyətinin adından dünya dövlətlərinin Türkiyəyə qarşı yürütdükləri bu ikiüzlü siyasəti qəti şəkildə qınayıram. Bu kimi, sözdə demokratiya carçısı, özdə imperializmi yaşadan işğala və işğalçı dövlətlərə dəstək olanların əməlini pisləyirik, onları ədalətli mövqe tutmağa çağırırıq. Dünyada yaşayan bütün soydaşlarımız hər zaman Türkiyə və Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyir və bu yolda əlimizdən gələni əsirgəməməkdə qərarlıyıq”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb
21.07.2019
Birləşmiş Ərəb Əmirliklərində xurma festivalı keçirilir
21.07.2019
Siqaret kötükləri təbiəti məhv edir və bitkilərə ziyan vurur
21.07.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21.07.2019
Almaniyada təyyarə qəzaya uğrayıb: 3 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info