Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
Tarix: 19.04.2019 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Ural Sənaye-Ticarət Palatası və Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun dəstəyi ilə Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” layihəsinin növbəti təqdimatı olub. Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyində bildiriblər ki, yerli sahibkarlar “Azərbaycan” Ticarət Evi” layihəsinin konsepsiyası, onun tərkib hissəsi olan “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” ilə tanış olublar. Konsepsiya azərbaycanlı ixracatçıların kompleks dəstəklənməsi sisteminin formalaşması və Azərbaycan mallarının Rusiya bazarına çıxarılması məqsədi daşıyır. “Azərbaycan nemətləri” mağazaları Moskvada və Rusiya Federasiyasının müxtəlif regionlarında yerli sahibkarların iştirakı ilə açılacaq və geniş məhsul çeşidləri olan iri mağazalardan tutmuş, xüsusi çay və şərab evləri də daxil olmaqla, müxtəlif formatlarda fəaliyyət göstərəcək. “Azərbaycan” Ticarət Evi” mağazaların geniş çeşiddə Azərbaycan məhsulları ilə təmin olunmasına kömək edəcək və ölkəmizin ixrac potensialı, turizm və investisiya imkanları ilə tanış olmağa şərait yaradan və daimi fəaliyyət göstərən “vitrin” rolunu oynayacaq, həmçinin rusiyalı və azərbaycanlı sahibkarlar üçün əlaqə vasitəsinə çevriləcək.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24.05.2019
ABŞ-ın paytaxtında Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
24.05.2019
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
23.05.2019
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
23.05.2019
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info