AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
Tarix: 19.04.2019 | Saat: 14:48:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, son bir ayda Azərbaycan Xalq Cəbhəsi Partiyası(AXCP) və demək olar ki, onun rəhbəri Əli Kərimlinin “kurasiyasında” olan müxalif birlik-“milli şura” ilə ReAl Partiyası arasında ciddi narazılıqlar yaranıb. Əlində Əli Kərimli ilə ReAl Partiyası rəhbəri olan İlqar Məmmədovun ulduzu ilk gündən barışmırdı. İlqar Məmmədovu, özü bu yaxınlarda yazdığı kimi, müxalifət düşərgəsində onun varlığını qəbul etməyənlər “həbsdə olarkən belə, ReAl Partiyası rəhbərinə qarşı çirkin kampaniyalar apardılar”. Yəni heç şübhəsiz ki, burada söz AXCP rəhbərinə atılmışdı. Son günlərdə alovun üzərinə benzinlə gedən cəbhəçilər isə ReAl-çılarla olan dava-şavalarını daha da artırıblar. Bu səbəbdən də ReAl Partiyası məlum hücumlarla əlaqədar bəyanat yaydı və AXCP və digər onlara böhtan atanların üzr istəməsini tələb etdi. Bəyanatda deyilirdi ki, Avropa Birliyi və Azərbaycan arasında 2013-cü ildən fəaliyyəti dondurulmuş, yalnız cari ildə işi bərpa olunmuş Əməkdaşlıq Şurasının nazirlər səviyyəsində 5 aprel Brüssel toplantısından dərhal sonra AXCP (milli şura) Respublikaçı Alternativ (ReAl) partiyasına qarşı geniş miqyaslı kampaniya açıb: “Üzləşdiyimiz uydurma ittihamlardan birincisini keçmiş səfir Arif Məmmədov irəli sürdü. Arif Məmmədov “Avropa İttifaqında uzun müddətdir işləyən bir dostu”na istinad edərək və ReAl Partiyasının təmsilçilərini nəzərdə tutaraq deyib ki, Azərbaycan müxalifətinin nümayəndə heyəti Brüssel səfəri çərçivəsində görüşlərində ölkədə gedən proseslər haqqında çox müsbət rəy bildiriblər. Eyni mənbəyə istinadən, Arif Məmmədov ReAl təmsilçilərinin Avropa Komissiyasında keçirdikləri görüşlər zamanı, guya çıxış etdikləri hansısa tezisləri də sadalamışdı. Bir neçə gündən sonra, Arif Məmmədov sübut kimi heç bir konkret mənbə göstərə bilməyəndə, bu uydurma ittiham darmadağın oldu. Bunun ardınca, “Amerikanın səsi”nə müsahibə verən Avropa Birliyinin mətbuat katibi Adam Kaznovski tamamilə haqlı olaraq bildirmişdi ki, Avropa Birliyi “ReAl nümayəndələrini nə Brüsselə dəvət edib, nə də ki, onların səfərinə sponsorluq edib” (“The EU has neither invited REAL representatives nor sponsored their trip to Brussels”). Kaznovski tamamilə haqlıdır. Dəfələrlə bildirdiyimiz kimi, Erkin Qədirlinin və Natiq Cəfərlinin ekspert fəaliyyətləri ilə əlaqədar Brüsseldə olduqlarını öyrənən Avropa Komissiyası Bakıdakı nümayəndəliyin texniki dəstəyi (vasitəçiliyi) ilə onları ReAl partiyasının təmsilçiləri qismində görüşlərə dəvət etdi və onlarla AB-Azərbaycan münasibətlərinə dair, o cümlədən hazırlanan AB-Azərbaycan sazişi ilə bağlı siyasi müzakirələr apardı”.
ReAl-ın məlum bəyanatında daha sonra bir neçə gün öncə, “milli şura” sədri olan Cəmil Həsənlinin də böhtan atması xatırlanır: “O da daha bir iddia ilə çıxış etdi. Bu dəfə, ümumiyyətlə heç bir mənbəyə istinad etməyi özünə borc bilməyən Cəmil Həsənli bildirdi: “ReAl partiyasının rəhbərliyinə daxil olan şəxslərin Brüssel səfərini hökumət təşkil edib və təəssüf ki, İlqar Məmmədov da bu işin içində olub”.
Daha əvvəl də dediyimiz kimi, Brüsseldə yerləşən EED adlı təşkilat Şərq Tərəfdaşlığı ölkələrindəki vəziyyəti dəyərləndirmək məqsədilə Erkin Qədirlini və Natiq Cəfərlini ekspert qismində Brüsselə dəvət etmişdi və səfəri tam olaraq təşkil etmişdi. Cəmil Həsənli və AXCP (milli şura) yaydıqları uydurma və böhtanlara görə Respublikaçı Alternativ (ReAl) partiyasından üzr istəməlidirlər”.
Aprelin 17-də isə ReAl-ın Məclis başqanı Azər Qasımlı yenidən AXCP-ni “yıxıb-sürüyüb”. Deyib ki, AXCP (milli şura) liderlərinin səsləndirdikləri böhtanlara cavab olaraq REAL-ın media açıqlamasını yaydılar, onları üzr istəməyə çağırdılar. Amma nəticə sıfır olub: “Açığını desəm, olanlardan sonra üzr istəmələrini heç gözləmirəm. “Milli şura” liderləri bir neçə dəfə statuslarında və çıxışlarında şəxsən məni də xatırladaraq mübahisələrə çəkməyə cəhd etmişdilər. Bir dəfə də olsun yazılan və deyilən yalanlara mövqe bildirmədim, bundan sonra da bildirmək fikrim yoxdur. Lakin bu mübahisələrdə elə mənim kimi susqunluğunu qoruyan Əli Kərimliyə sualım var: Əli bəy, siz lideri olduğunuz qurumun rəhbər vəzifələrini tutan şəxsləri heç bir dəlil və sübut ortaya qoymadan səsləndirdikləri ittihamları bölüşürsünüzmü? ReAl-ın bu gün yayımlanan rəsmi mövqeyindən sonra şəxsən sizin də mövqeyinizi bilmək çox yaxşı olardı!”. Üzr istəməyə yönəlik çağırışlar, ittihamlar, şər və böhtan kampaniyaları, intriqalar, “müxalifət daxilində əsas qüvvə mənəm” kimi anormal məqam və maraqlar uğrunda amansız mübarizələr... Tanış mənzərədir elə deyilmi? Cəmiyyətimiz 90-cı illərin əvvəllərində hakimiyyətdə yarıtmaz məmur kimi fəaliyyət göstərib sonradan müxalifətə keçərək,
xaricdən qrantlar almaq üçün hər cür oyundan çıxan bu siyasi fiqurların daha nələrini görmədi ki? Ümumiyyətlə, ayrı-ayrı ölkələrdəki müxalifət partiyalarından fərqli olaraq Azərbaycan müxalifətinin bu cür cılız məsələlərə görə özünü gözdən salması, xalq üçün, milli maraqlar üçün yox, öz daxillərində liderin kim olduğunu göstərmək üçün mübarizə aparmaları kimə və nəyə lazımdır axı? Suallar çoxdur, cavab isə yox! Hər halda görünən odur ki, müxalifət daxilindəki bu gərginliklər hələ çox davam edəcək, Müsavat daxilindəki məlum Yadigar Sadıqlı-Arif Hacılı qarşıdurması, Azərbaycan Xalq Hərəkatındakı İsgəndər Həmidov və digərlərinin intriqalarını da nəzərə alsaq Azərbaycan siyasətində “ömürlük müxalifətə” çevrilmiş bu adamlar qocalıb əldən düşənəcən belə formada qalacaqlar...

Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20.10.2019
Avstraliyalı deputat Azərbaycan icmasının məktubuna cavab verib
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info