Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
Tarix: 19.04.2019 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Emin Hüseynov ABŞ-Azərbaycan Ticarət Palatasının bəzi üzv şirkətləri və tərəfdaş təşkilatları ilə Palatanın Vaşinqton şəhərində yerləşən mənzil-qərargahında görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə ABŞ-Azərbaycan Ticarət Palatasının üzv şirkətləri - John Deere, BP, CNFA, WCC International və tərəfdaş təşkilatları – İllinoys Ticarət Palatası, Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center), eləcə də Palatanın İdarə Heyətinin üzvləri və iqtisadi ekspertlər iştirak ediblər. ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov tədbiri açaraq qonaqları salamlayıb və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynova Palata üzvləri ilə görüşdüyünə görə təşəkkür edib. Daha sonra söz alan ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının üzvü, əslən azərbaycanlı Dr. Şapur Ənsari əsas qonağı salamlayıb, ABŞ-Azərbaycan Ticarət Palatasının tarixindən məlumat verib, Palatanın Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərdə oynadığı roldan bəhs edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov çıxışında Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndiyini qeyd edib, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşməsi və iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. O, ABŞ-a səfəri zamanı müxtəlif institutlarla keçirdiyi görüşlər barədə məlumat verib. Emin Hüseynov çıxışında Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şəraitin mövcudluğunu qeyd edərək ABŞ şirkətləri üçün də ölkəmizdə münbit mühitin olduğunu vurğulayıb. O, çıxışı zamanı aprelin 3-5-də Çikaqoda keçirilmiş birinci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumunun Azərbaycanın ABŞ ştatları ilə iqtisadi münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyətinin olduğunu bildirib. Bu baxımdan E.Hüseynov İllinoys Ticarət Palatası və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə fəaliyyətini təqdir edib. Azərbaycan rəsmisi iqtisadi və biznes əlaqələrinin inkişafında təhsilin xüsusi əhəmiyyətini vurğulayıb. Azərbaycanın biliyə və tədqiqatlara əsaslanan iqtisadiyyat qurduğunu bildirən natiq bu sahədə ölkəmizin ali təhsil müəssisələrinin xüsusi rol oynadığını qeyd edib. Bu xüsusda o, ADA Universitetində tədqiqatlar üçün yaradılmış şərait və bu tədqiqatların nəticələrinin real biznesə tətbiqi barədə məlumat verib və nümunələr göstərib. Görüş sual-cavab sessiyası ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir”
24.05.2019
Sevinc Fətəliyeva: Azərbaycana qarşı qərəzli yanaşmalar uğursuzluğa məhkumdur
24.05.2019
Orduxan dezinformasiyalarla cəmiyyəti təsir altına salmaq istəyir
24.05.2019
XİN ABŞ vətəndaşının adını “arzuolunmaz şəxslər“ siyahısından çıxarıb
23.05.2019
MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info