PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
Tarix: 19.04.2019 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


“Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfransda deyib.
F.Axundov bildirib ki, Adolf Hitlerin planlarını Ermənistan həyata keçirdi:
“Hitler istəyirdi ki, monoetnik dövlət yaratsın, yarada bilmədi, amma ermənilər monoetnik dövlət yaratdılar. Hitler istəyirdi ki, şəhərlərin adını dəyişsin, dəyişə bilmədi, ermənilər bizim şəhərlərin adlarını dəyişdilər. Biz Almaniyada, İtaliyada nasizmə qalib gəlmişdiksə, Ermənistanda nasizm bütün bəşəriyyətə qalib gəldi. Biz bunu açıq-aydın deməliyik".
PA rəsmisi xatırladıb ki, Robert Koçaryan deyirdi ki, erməni ilə azərbaycanlı bir yerdə yaşaya bilməz: "O, prezident ola-ola bu sözü Strasburqda demişdi və iclasın aparıcısı ona irad tutmuşdu ki, “ilk dəfədir ki, belə şey eşidirik, necə ola bilər ki, prezident belə bir söz desin?” Sonra onun həyat yoldaşı qan mərkəzi yaradılan zaman deyirdi ki, elə etmək lazımdır ki, burada yalnız erməni qanı olsun. Bu sözü ölkənin birinci xanımı deyirdi.
Digər prezident Serj Sarkisyan deyirdi ki, “azərbaycanlılar elə bilirdilər ki, biz onu edə bilmərik, ancaq Xocalıda biz mülki əhalini qırdıq, bunu biz etmişik”. Özləri bunu etiraf edirlər. Buradan aydın olur ki, Ermənistan nasist dövlətdir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir”
24.05.2019
Sevinc Fətəliyeva: Azərbaycana qarşı qərəzli yanaşmalar uğursuzluğa məhkumdur
24.05.2019
Orduxan dezinformasiyalarla cəmiyyəti təsir altına salmaq istəyir
24.05.2019
XİN ABŞ vətəndaşının adını “arzuolunmaz şəxslər“ siyahısından çıxarıb
23.05.2019
MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info