Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
Tarix: 19.04.2019 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib. Nizamnamədə Mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifə və hüquqları, Mərkəzin idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, onun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, Mərkəzdə uçot və hesabat, Mərkəzin ləğvi və yenidən təşkili kimi müddəalar əksini tapıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən proseslərin təhlili, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Qanunu, digər qanunları, öz Nizamnaməsini, Azərbaycan Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, xarici qurumlar, hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz sahibkarlıq fəaliyyəti ilə o hallarda məşğul ola bilər ki, həmin fəaliyyət Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin. Mərkəzin fəaliyyəti nəticəsində əldə olunan vəsait (gəlir) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”
24.05.2019
“İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir”
24.05.2019
Xınalıq istiqamətində böyük əhəmiyyətə malik yeni yol inşa edilir
24.05.2019
Erməni əsilli gimnastlar Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcəklər - VİDEO
24.05.2019
Prezident Rusiyanın Əmək və Sosial Müdafiə nazirini qəbul edib YENİLƏNƏCƏK

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info