Masallıda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” mövzusunda tədbir keçirilib
Tarix: 19.04.2019 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Bu gün, 19 aprel 2019-cu il tarixdə Gənclər Mərkəzində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik mövzusunda konfrans keçirilib.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirdi ki, tədbir Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi daşıyır. İdarə rəisi diqqətə çatdırdı ki, indiyədək rayonumuzda bir sıra uğurla həyata keçirilən tədbirlərin əsas məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərin səmərəliyini artırmaq, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş məlimatlar çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız haqqında ətraflı məlumat verməkdir.
Tədbirdə Qarabağ qazisi ehtiyyatda olan zabit Cəmaləddin Məmmədov çıxış edərək bildirdi ki, keçirilən tədbirin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində geniş məlumatlandırma işi aparmaqdır.Çıxış edən Qarabağ qazisi Cəmaləddin Məmmədov iştirakçılara keçdikləri döyüş yolundan, Azərbaycan Ordusunun qüdrətindən, ordudakı ruh yüksəkliyindən və əsgərlərimizin işğal altında olan ərazilərimizi azad etməyə hər an hazır olduqlarından söhbət açdı.
Tədbirdə fəal gənclərdən Abı Bağırov və başqaları çıxış edərək tədbir iştrakçılarını salamlayaraq gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından belə maarifləndirici tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur
23.05.2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info