Sumoçumuz Avropa çempionatında iki qızıl medal qazanıb
Tarix: 19.04.2019 | Saat: 19:46:00 | E-mail | Çapa göndər



Azərbaycan sumoçusu Camal Feyziyev Estoniyanın paytaxtı Tallində keçirilən sumo üzrə XXIII Avropa çempionatında iki qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, C.Feyziyev 115 və 115 kiloqramdan yuxarı çəki dərəcələrində Avropa çempionu olub. İlk görüşdə (+115 kq) Polşa idmançısını məğlub edən C.Feyziyev yarımfinalda Gürcüstan təmsilçisini üstələyib. Sumoçumuz finalda gürcüstanlı daha bir idmançını məğlub edərək Avropa çempionu olub.
C.Feyziyev 115 kiloqram çəki dərəcəsində isə ilk görüşdə Rusiya idmançısından üstün olub. Ukraynalı sumoçunu da məğlub edən C.Feyziyev yarımfinalda Polşa təmsilçisini mübarizədən kənarlaşdırıb. Finalda daha bir ukraynalı idmançını məğlub edən C.Feyziyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün çıxış edən digər idmançılarımız Məhərrəm Eyvazov (60 kq) və Nahid Vəliyev (60 kq) birinci qarşılaşmada qələbə qazansalar da, ikinci görüşdə mübarizəni dayandırıblar.
Xatırladaq ki, idmançılarımız çempionatda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi ilə mübarizə aparırlar.
Qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Rəsul Həsənov təmsil edir.
Avropa çempionatında 17 ölkədən 350-dən çox idmançı gücünü sınayır.




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
“Real“ “Sevilya“ya qalib gəldi
18.01.2020
“Yuventus“ Rakitiçə görə Bernardeskini təklif edir
18.01.2020
Masallıda futzal üzrə rayon birinciliyinə yekun vurulub
17.01.2020
“Atletiko“ Kavanidən əl çəkmir
17.01.2020
Setyen Vidalın satışına qarşı çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info