Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
Tarix: 19.04.2019 | Saat: 20:27:00 | E-mail | Çapa göndər



Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərarı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirləri görməsini təmin etməlidir. Nizamnaməyə əsasən, publik hüquqi şəxs statuslu BDU-nun fəaliyyət istiqamətlərinə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması, magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi, doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması daxildir. Fəaliyyət istiqamətinə uyğun olaraq universitetin orta ixtisas təhsili həyata keçirmək hüququ var. Universitetin vəzifələri sırasına iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etmək də daxildir.
Universitetə münasibətdə təsisçinin səlahiyyətlərini Təhsil Nazirliyi həyata keçirir. Universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur. Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 nəfər olmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən edilir. Universitetdə tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur. Universitetin cari fəaliyyətinə rektor rəhbərlik edir.
Universitetin rektorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Rektor Universitetin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, universitetin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin Universitetin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində Universitetə dəymiş zərərin əvəzini ödəməlidir.
Universitetin nizamnamə fondu 50 milyon manatdır. Universitetin fəaliyyətinə nəzarəti Təhsil Nazirliyi, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Universitetin idarəetmə orqanları həyata keçirirlər. Təhsil Nazirliyi Universitetdə plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər. Universitetin fəaliyyətinə dair illik hesabat Təhsil Nazirliyinə təqdim edilir.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”
17.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info