“Əlvida, Şmidt!” bədii filmi təqdim edilib
Tarix: 19.04.2019 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Aprelin 19-da Nizami Kino Mərkəzində “Əlvida, Şmidt!” bədii filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub.
Təqdimatda çıxış edən filmin ssenari müəllifi və rejissoru Əli-Səttar Quliyev Mədəniyyət Nazirliyinə və filmin heyətinə öz minnətdarlığını bildirərək ekranlaşdırdığı əsəri haqda məlumat verib: “Filmin ideyasını iki il öncə ssenari müəllifi Rüstəm Babazadə ilə düşünüb hazırlamışıq. Film sevgidən, dostluqdan, multikultural dəyərlərdən bəhs edən bir yol əhvalatıdır”.
Rejissor həmçinin ekran əsərinin yaxın vaxtlarda beynəlxalq kinofestivallarda iştirak edəcəyini vurğulayıb.
Filmin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, ssenarist İlqar Fəhmi bildirib ki, incəsənəti, ədəbiyyatı neqativ enerji bürüyüb, çox az əsərlər bu neqativdən kənarda qala bilir, bəzən bədbin baxışlar olur, amma şükürlər olsun ki, bu film pozitiv enerji üzərində qurulub.
İ.Fəhmi bildirib ki, ikili standartların hökmü sürdüyü müasir dünyada belə ekran əsərləri Azərbaycan həqiqətlərinin olduğu kimi insanlara çatdırılmasında mühüm rol oynayır. “O baxımdan hansısa sızdırmalarla, işarələrlə öz həqiqətlərimizi çatdırmağa çalışdıq”.
Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.
Filmdə rolları Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı, Əməkdar artistlər Zemfira Sadıqova, Rasim Cəfərov, aktyorlar Azər Aydəmir və başqaları canlandırıblar.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində sərgilənir
25.05.2019
Beynəlxalq Muğam Mərkəzində caz musiqisinə həsr olunmuş konsert keçirilib
24.05.2019
İsrailli kamançaçalan Mark Eliyaxu Bakıda çıxış edəcək
24.05.2019
Bakıda “Youthvision-2019” beynəlxalq mahnı müsabiqəsi keçirilib
24.05.2019
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info