Türkiyə saytları: Biz artıq 10 milyonuq
Tarix: 20.04.2019 | Saat: 01:01:00 | E-mail | Çapa göndər



Türkiyənin şərq və cənubi-şərq bölgəsinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı geniş məqalə yayıblar. Məqalədə Azərbaycanın müstəqilliyinin bərpası prosesi, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən ölkəmizdəki müasir inkişafın dinamikasından, həmçinin əhalinin təbii artım tempinin qorunmasından bəhs olunur.

AZƏRTAC xəbər verir ki, www.gazetekars.com, www.karstanhavadis.com, www.igdirim76.com, www.karsmedyasi.com, www.kars36haber.com, www.serhatbirikim.com.tr, www.yesiligdir.com və digər çox oxunaqlı xəbər portalları Azərbaycanın Qars şəhərindən baş konsulluğunun təqdim etdiyi yazı əsasında türkdilli oxuculara məlumat veriblər ki, aprelin 6-da ölkəmizin 10 milyonuncu sakin - Mehriban Həsənova dünyaya gəlib.
Məqalədə həmçinin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizin on milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşməsinin Azərbaycan dövlətinin öz vətəndaşına doğma münasibətinin göstəricisi olduğu bildirilir.
Yazılara AZƏRTAC-ın mövzu ilə bağlı yaydığı orijinal foto və infoqrafika da əlavə olunub.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib
20.10.2019
Vyanada erməni terrorunun qurbanı olan diplomatların xatirəsi yad olunub
20.10.2019
Ukraynada erməni əsilli məmur vəzifəsindən istefa verib
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info