“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
Tarix: 20.04.2019 | Saat: 22:17:00 | E-mail | Çapa göndər



İngiltərədə aparılan DNT tədqiqatının nəticələri göstərib ki, bu ölkənin ən məşhur tarixi abidəsi olan “Stonehenge”i Anadoludan gələnlər tikiblər.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Londonda tədqiqat aparan alimlər arxeoloji qazıntılar zamanı neolit dövründə (e.ə. 5500-800-ci illər) İngiltərədə yaşamış insanların cəsədlərinin qalıqlarının DNT analizlərini Avropanın digər yerlərində onların müasirlərinin aşkar edilmiş analoji tapıntıları ilə müqayisə ediblər. Məlum olub ki, həmin dövrdə Britaniya adasında məskunlaşmış insanlar e.ə. 4000-ci ildə Anadoludan gəliblər. Alimlər bildirirlər ki, o vaxtlar Avropaya köç edən bu insanlar Köhnə qitədə kənd təsərrüfatının əsasını qoyublar. Onların bir qrupu Dunay çayı boyunca Mərkəzi Avropaya, digər hissəsi isə Aralıq dənizi ilə qərbə yollanıblar. Əvvəlcə Pireney yarımadasına gələn bu insanlar sonradan Fransaya, oradan isə Britaniya və Uelsə yerləşiblər. Anadolu insanının DNT nümunələri Şotlandiyanın qərbində tapılmış insan sümüklərində də aşkar olunub.
London Milli Tarix Muzeyinin əməkdaşı Tom Bot bildirib ki, neolit dövrü əkinçi xalqlarının bu ərazilərə köç etməsindən sonra yerli ovçu britaniyalıların izlərinə rast gəlmək olmur. Onun sözlərinə görə, neolit dövründə həmin qəbilələr sayca az olduğu üçün assimilyasiyaya məruz qalıblar.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir
20.10.2019
Ölkədə qarşıdurma yaratmağa cəhd edən radikal müxalifət növbəti dəfə xalq tərəfindən boykot edildi
20.10.2019
“İzdihamlı mitinq“ imitasiyası, hesablanmış taktika

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info