“Qafqazın rəqəmsal tektonik xəritəsi” nəşr ediləcək
Tarix: 30.07.2013 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun iştirak etdiyi “Qafqazın tektonikası” adlı beynəlxalq layihənin icrası başa çatıb.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İsveçrənin Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilmiş üçillik layihənin nəticələri İsveçrənin Friburq Universitetində müzakirə olunub. Müzakirələrdə Geologiya İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Tələt Kəngərli və gənc alimi Tofiq Rəşidov da iştirak ediblər. Müzakirə toplantısında Cənubi Qafqaz ölkələri, Rusiya və İsveçrə alimlərinin əldə etmiş olduğu məlumatlar uzlaşdırılıb. Qərara gəlinib ki, ilk dəfə olaraq coğrafi informasiya sistemi tətbiq edilməklə 1:500000 miqyaslı “Qafqazın rəqəmsal tektonik xəritəsi” nəşr edilsin. Xəritənin nəşri 2014-cü ilə nəzərdə tutulur. Azərbaycan alimləri İsveçrənin geologiyası ilə tanışlıq üçün təşkil olunmuş Yura dağlarına 2 günlük ekskursiyada da iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
17.01.2019
“AtaSığorta” Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info