Tarixin ibrət dərsləri...
Tarix: 22.04.2019 | Saat: 13:13:00 | E-mail | Çapa göndər


Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru


Başqa dövlətlərin daxili işlərinə qarışmaq, onları asılı hala salmaq, özlərinə sərf edən, maraqlarına cavab verən şəxsləri hakimiyyətə gətirmək siyasəti erkən dövlət qurumları yaranan vaxtdan mövcud olub. Ən qədim dövlətimiz olan Manna müəyyən vaxtlarda hərbi baxımdan güclü olan qonşu dövlətlərin təzyiqi altında olmuşdu. Assuriya və Urartu dövlətləri Manna uğrunda rəqabət aparır və hər biri çalışırdı ki, məhz ona meyil edən şəxs hökmdar olsun. Manna canişinlərinin bir qismi Assuriyaya, digər qismi isə Urartuya meyil etməklə, daxili gərginlik və qarşıdurma yaradırdılar. Nəticədə də mərkəzi hakimiyyət zəifləyir, xarici təzyiqlərə kifayət qədər müqavimət göstərə bilmirdi, xalqın da qazancının bir hissəsi xərac kimi yadelli məmləkətlərə gedirdi.
Orta əsrlərdə daxili çəkişmələr və qarşıdurmaların ən sərt forması xanlıqlar dövrünə təsadüf etdi. Bir-biriləri ilə dil tapa bilməyən və birləşməyi bacarmayan xanların “fəaliyyətlərinin” son nəticəsi də Azərbaycan xalqına bəllidir. Xanlar hər şeylərini- hakimiyyətlərini, mülklərini, torpaqlarını, sərvətlərini itirdilər və xalqı da saldılar müstəmləkə əsarəti altına...
Qonşu dövlətlərin tarixi təcrübəsinə nəzər salsaq, görərik ki, onlarda da daxili qarşıdurma və didişmələr ağır fəsadlar verib. Ötən əsrin əvvəllərində Osmanlı imperiyasında yaşananları, “Gənc türklər” hərəkatını bir vaxtlar inqilabi hadisələr kimi bizə təqdim edirdilər. İndi aydın olur ki, baş verənlər xalq inqilabı yox, xarici güclərin məharətlə, olduqca incəliklə hazırladığı “rəngli inqilab” imiş. Bəs nəticəsi nə oldu? Osmanlı dövlətini I Dünya müharibəsinin alovları içərisinə atdılar və imperiya darmadağın oldu. Sonda da üç qitəni əhatə edən Osmanlı imperiyasından Türkiyəyə cəmi 783 min kvadrat kilomet ərazi qaldı. Ən acınacaqlısı isə o oldu ki, Məkkədən Mosuladək olan neftlə zəngin torpaqlar əldən çıxdı.
Tarixi faktları ona görə xatırlatmağı lazım bilirik ki, bu gün də Azərbaycanı özlərindən asılı vəziyyətə salmaq üçün çalışan xarici güclər var. Azərbaycan çox əlverişli geostrateji mövqedə yerləşdiyindən, buranı nəzarət altına almaq istəyən qüvvələr çoxdur. Onlar yaxşı bilirlər ki, istənilən ölkəni qarşıdurma və xaos girdabına salmaqla, ələ keçirmək çox asandır. Son statistikaya görə II Dünya müharibəsindən sonra 73 dövlət belə siyasətin qurbanı olub və özünə sahib olmaq iqtidarını itirib. Acınacaqlısı isə odur ki, xarici güclər dağıtdıqları ölkələrin öz vətəndaşlarından istifadə edərək məqsədlərinə nail olublar. Deməli, ölkəmizdə qarşıdurmaya meyil edən, radikal mövqe tutan tərəfləri müdafiə etsək, “oturduğumuz budağı kəsənlərdən” olarıq. Belə şəraitdə ən yaxşı çıxış yolu bütün sahələrdə geniş islahatlar aparmaq, hamını əhatə edə biləcək ümumi sosial rifah cəmiyyəti yaratmaqdır. Artıq başlamış olan islahat xəttinə dəstək verməklə, həm xarici təhlükələrdən, həm də qarşıdurmalardan yayına bilərik.
Fikrimizi daha bir tarixi nümunə ilə yekunlaşdırmaq istəyirik. Ötən əsrin son rübündə Çin islahat yolunu seçdi və nəticədə bu gün dünyanın ikinci iqtisadi gücüdür və artıq birinciliyə iddiasını ortaya qoyub. Keçmiş SSRİ isə qarşıdurma yolunu tutdu və sonda dağıldı. Bu baxımdan, yalnız tarixdən ibrət dərsi götürə bilən xalqlar yollarına davam edə bilirlər...





 
Müəllifin son yazıları

11.03.2019 İstedadlı şagirdləri necə qoruyaq?
07.01.2019 Şərhçilərin regionlar üzrə ixtisaslaşması zəruridir
13.11.2018 Mətbuat milli maraqları müdafiə edir
13.08.2018 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info