Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edib
Tarix: 30.07.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Gəncə Regional ədliyyə şöbəsində vətəndaşların qəbulunu keçirib.
Qəbulda Gəncə və Naftalan şəhərlərində, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər və Tovuz rayonlarında yaşayan vətəndaşlar, habelə Xocalı və Kəlbəcər rayonlarından olan məcburi köçkünlər iştirak edib. Qəbul zamanı nazir ədliyyə orqanlarının, o cümlədən notariat, icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, həmçinin ərizə, şikayət və təkliflərini nəzərdən keçirərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə tapşırıqlar verib. Təxminən 100-dən artıq vətəndaş şikayətlərini ədliyyə nazirinə çatdırıblar. Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlərin isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilib. Ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə də baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin edilib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info